Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 5-də Maldiv və Ukrayna Mərkəzi Seçki Komissiyasının üzvləri ilə görüşüb. Secki-2024.az saytı xəbər verir ki, MSK sədri çıxışında işğaldan azad edilmiş ərazilərdə ilk dəfə seçkilərin keçiriləcəyini qonaqların diqqətinə çatdırıb.M.Pənahov eyni zamanda ölkədə 6 milyondan çox seçicinin seçkilərdə iştiak edəcəyini qeyd edib. O, 7 nəfərin prezident seçkilərində mübarizə aparacağını qonaqların diqqətinə çatdırıb. MSK sədri həmçinin 6537 məntəqədə quraşdırılmış 1000 veb- kameranın bütün ölkə ərazisini əhatə etdiyini və ölkə xaricindən kənarda yaşayan hər bir kəsin də seçkiləri onlayn rejimdə izləyə biləcəyini qeyd edib. MSK sədri seçkiləri müşahidə etmək üçün 90 mindən artıq müşahidəçinin qeydiyyatdan keçdiyini və onların 790-nın isə beynəlxalq müşahidəçi olduğunu diqqətə çatdırıb.Maldiv Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini İsmail Habeeb Abdul Azərbaycanda seçki prosesini müşahidə etməkdən məmnun olduqlarını dilə gətirib. Qonaq seçkiləri veb- kameralar vasitəsilə izləməyin çox böyük nailliyyət olduğunu qeyd edib. Bildirib ki, seçki prosesi, xüsusilə prezident seçkiləri çox çətin prosesdir və bu prosesdə təcrübə mübadiləsi mütləqdir. Ukrayna MSK-nın şöbə müdiri Serhii Serzhan seçkiləri izləmək üçün onlara imkan yaratdıqlarına görə Mərkəzi Seçki Komissiyasının rəhbərliyinə təşəkkürünü bildirib. Təcrübələrdən öyrənməyin əhəmiyyətini qeyd edən ukraynalı qonaq seçki prosesində qanunvericiliyin tələblərinə riayət olunmasının, şəffaflığın təmin olunmasının vacibliyini vurğulayıb.