“39 saylı Gəncə ikinci seçki dairəsı 37 seçki məntəqəsini özündə birləşdirir. Bu seçki məntəqələrdən biri qapalı tipli istintaq təcridxanasında yerləşir. Seçki dairəsi üzrə qeydiyyatda olan 50 967 seçici fevralın 7-də bu məntəqələrdə səs verəcək”. Bunu secki-2024.az saytına açıqlamasında 39 saylı Gəncə ikinci dairə seçki komissiyasının (DSK) sədri Zakir Hüseynov deyib.DSK sədri məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlərin keçirildiyini, onlara seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması, yekun protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verildiyini diqqətə çatdirib:“39 saylı Gəncə ikinci seçki dairəsı əsasən Gəncə şəhərinin mərkəz ərazisini əhatə edir. Dairəmiz üzrə 2001 nəfər ilk dəfə səsvermə hüququ qazanmış seçici qeydə alınıb. 80-100 yaşlı seçicilərimizin sayı isə 843 nəfər təşkil edir. İki nəfər seçicimiz – Məmmədrzayev Fərrux və Məmmədov Qurban 98 yaşındadır. DSK üzrə 509 müşahidəçi qeydiyyata alınıb”.DSK sədri seçki məntəqələrinin seçkiyə tam hazır vəziyyətdə olduğunu da diqqətə çatdırıb. O bildirib ki, məntəqələrlə bağlı bütün texniki məsələlər həll olunub. 39 saylı Gəncə üçüncü seçki dairəsı üzrə 11 məntəqədə veb-kameraların quraşdırıldığını bildirən Z.Hüseynov 594 seçicinin qeydiyyatdan çıxma vəsiqəsi aldığını deyib.