PDF Oxu

Siyasət

  • 2 280

MSK sədri: “Seçicinin bülleteni qutuya atmasını hamı görməlidir”

MSK sədri: “Seçicinin bülleteni qutuya atmasını hamı görməlidir”

Təşviqat kampaniyası artıq başa çatıb, bu gün “sükut günü”dür. Secki-2024.az saytı xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.“Seçki məntəqələrində bütün lazımi şərait yaradılıb”, - deyə MSK sədri vurğulayıb. O deyib ki, müşahidəçilər seçki prosesini rahatlıqla izləyə biləcəklər: “Müşahidəçilər üçün də məntəqələrdə bütün şərait yaradılıb. Onlar məntəqə daxilində baş verən bütün prosesləri əvvəldən sona qədər izləyə biləcək”.M.Pənahov bildirib ki, səsvermə kabinlərinə ancaq bülleteni əlində olan seçici daxil ola bilər. Onun bülleteni qutuya atmasını hamı görməlidir: “Buna mütləq diqqət etmək lazımdır”.

Digər xəbərlər