PDF Oxu

Siyasət

  • 1 529

Əli Kərimli -Sevinc Osmanqızı qarşıdurması yeni mərhələyə adlayır ANALİZ

Əli Kərimli -Sevinc Osmanqızı qarşıdurması yeni mərhələyə adlayır ANALİZ

Dağıdıcı müxalifin və xaricdə məskunlaşmış antimilli ünsürlərin Azərbaycan dövləti əleyhinə qara piar kampaniyası aparmaları artıq ardıcıl və iyrənc xarakter daşımaqdadır. Bu isə onu deməyə əsas verir ki, yerli və xarici məkrli qüvvələr ağalarından təxirə salınması mümkün olmayan tapşırıqlar alıblar. Ona görə də, sabah və ya birisigün Bakı şəhərində hansısa təxribat hadisəsi baş versə? bunu gözlənilən planlı hadisə kimi qiymətləndirmək lazımdır. Lakin təxribatların geniş miqyas ala biləcəyi inandırıcı deyil. Çünki Azərbaycanın hüquq- mühafizə orqanlarının əməkdaşları kifayət qədər peşəkar və təcrübəli əməkdaşlarıdır. Törədilməsinə cəhd edilə biləcək istənilən təxribatın qarşısı anındaca qətiyyətlə alınacaq. Bu baxımdan ağıllarını başlarına yığsınlar, özləri cəhənnəmə, pulla ələ aldıqları muzdulları güdaza verib, həyatlarını məhv etməsinlər. Xaricdə rahat, təhlükəsiz yerdə oturub, nağıllar danışmaq, dastanlar söyləmək, insanları meydanlara səsləmək asandır, cəsarətiniz çatırsa Azərbaycana gəlin və hərəkətlərinizi burada davam etdirin. Təbii ki, qorxaq və cəsarətsiz olduğunuz üçün gəlməyəcəksiniz. Bunu söz yox ki, xaricdəki antimilli ünsürlərin özləri də yaxşı bilirlər. Anladıqları üçün də uzaqlarda dayanıb, təqdim olunan tezislər əsasında populist fikirlər söyləyib, anormal çağırışlar edirlər.

Əli Kərimli ilə Sevinc Osmanqızının davası qızışır

Diqqətçəkən məqam ondan ibarətdir ki, xarici maraqlı şəbəkə nə qədər Azərbaycanın dağıdıcı müxalifəti ilə antimilli ünsürləri bir araya gətirməyə çalışsa da, istəkləri bir o qədər uğurlu olmur. Səbəbi də ayrılan qrantlardan hər biri daha çox əldə etmək istəyidir. Görünən ondan ibarətdir ki, Əli Kərimli ilə Sevinc Osmanqızı, Tural Sadıqlı ilə Məhəmməd Mirzəli, Arif Məmmədovla Beydulla Manafov arasında ortada olan maliyyə vəsaitinin bölgüsü uğrunda savaş daha gərgin xarakter daşıyır. Əli Kərimli-Sevinc Osmanqızı qarşıdurması digərləri ilə müqayisədə daha çox diqqəti cəlb edir. Çünki son vaxtlara qədər bu iki məxluq arasında səmərəli əməkdaşlıq müşahidə edilirdi. Bu hal görüntü xarakter daşısa da, hər halda eyni mövqedən çıxış edir və birgə hədələyici, populist bəyanatlar səsləndirdilər. Lakin hazırda tərəflər səngərlər qazaraq bir-birini ən iyrənc vasitə və üsullarla top atəşinə tuturlar. Kənardan baş verənləri izlədikdə, belə qənaətə gəlmək olar ki, bu, hər iki məxluq vəhşi cəngəlliyin bir-birini parçalamağa hazır olan ünsürlərdir. Meydanda ara-sıra AXCP-nin fəal trollarından olan Fuad Qəhrəmanlının görünməsi və S.Osmanqızını təhqiredici açıqlamalarla çıxış etməsi yanan alovun üstünə benzin çiləmək təsiri bağışlayır. F.Qəhrəmanlı Ə.Kərimlinin demək istədiklərini troll olaraq dilə gətirərək S.Osmanqızına sual edir ki, niyə əvvəllər bir yerdə olduğu əqidə dostlarını indi tənqid edir?: “Sevinc Osmanıqızını narahat edən, müxalifətə qarşı qəzəbli edən nədir? Niyə əvvəllər bir yerdə olduğu müxalifətə düşmən kəsilib?”.

Sevinc Osmanqızı: “Kim sizə qarşı irad səsləndirirsə, onu hakimiyyətdən paket almaqda günahlandırırsınız, ayıbdır, utanın”

F.Qəhrəmanlı suallarına S.Osmanqızının cavab verməyəcəyini anladığından sualına cavabını da özü qeyd edir: “Sevinc Osmanqızının Milli Şuraya və AXCP -yə qarşı düşmən kəsilməsinin səbəbi onun müəyyən sifarişlər alması ilə bağlıdır”. F.Qəhrəmanlı bir qədər də dərinə gedərək S.Osmanqıznın üzü dönüklüyünü onun hakimiyyətdən paket alması ilə əlaqələndirib. S.Osmanıqızı isə F.Qəhrəmanlını məsuliyyətsiz ifadələr səsləndirməklə vəziyyəti gərginləşdirməkdə qınayıb: “Kim sizə qarşı irad səsləndirirsə onu hakimiyyətdən paket almaqda günahlandırırsınız, ayıbdır, utanın”. S.Osmanıqızı özünün TV-sin də onu da bildirib ki, Əli Kərimli ciddi səhvlərə yol verir: “ Açıq danışmaq lazımdır, Əli bəy ciddi səhvlərə yol verir. Bundan da ən çox ziyanı nəinki AXCP, eləcə də müxalifət çəkir”.

Bir sözlə, görünən ondan ibarətdir ki, hazırda Əli Kərimli ilə Sevinc Osmanqızı arasında biri- birinin ifşa edilməsi istiqamətində ciddi söz dueli gedir. Təbii ki, bu vəziyyət uzun çəkməyəcək. Yəni, böyük ağaları bu qovğanı dayandırmağa çalışacaqlar. Çünki xarici maraqlı şəbəkə əllərinin altında olan trollarının bir-birinə qarşı mübarizə aparmasında maraqlı deyillər. Pula görə çəkişmə yaranıbsa, o vəsait tərəflərə ödəməklə vəziyyəti istiləşdirməyə çalışacaqlar. Bu baxımdan, bir qədər sonra Əli Kərimli heç nə olmamış kimi Sevinc Osmanqızının TV-sində görünəcək və pafoslu açıqlamalarını səsləndirəcək. Yəni, bu absrı və həyaları olmayan məxluqlar üçün “daimi düşmənlər deyil, daimi maraqlar var” prinsipi əsas və dəyişilməzdir.

İLHAM ƏLİYEV

Digər xəbərlər