Siyasət

  • 2 474

Stanislav Tarasov: “Ermənilərə silah niyə lazımdır? Onlar döyüşə bilirmi ki? - MÜSAHİBƏ

image

Ermənistan regionun xəritəsindən tamamilə silinə bilər. “Böyük Ermənistan” xülyasından fərqli olaraq, bu, reallıqdır

Tanınmış rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov “Caliber” analitik mərkəzinə müsahibəsində Ermənistanın xarici ölkələrdən silah texnika alması ilə bağlı fikirlərini açıqlayıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Stanislav Nikolayeviç, Ermənistanın baş naziri Nikol Paşinyanın yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyi ilə bağlı son bəyanatını necə şərh edərdiniz? Bu təşəbbüsün arxasında nə dayanır?

- Mən başa düşmürəm ki, Paşinyan bu yolla nəyə nail olmağa çalışır. Deyəsən, dövlət xadiminə layiq bir məşğuliyyət tapa bilmir. Ermənistanda təcili həll edilməli olan çoxlu problemlər var və ermənilərin real həyatına heç bir təsir göstərmək iqtidarında olmayan bu akademik məşqlərə mücərrəd səviyyədə baxmaq tamamilə cəfəngiyatdır, mənəviyyatın və intellektual böhranın göstəricisidir.

- Gəlin bir addım qabağa gedək, tutaq ki, yeni Konstitusiya artıq qəbul olunub. Sizcə, oradan Azərbaycana qarşı ərazi iddialarını əks etdirən preambula çıxarılacaq?

- Fərq etməz.

- Kimin üçün?

- Demək istəyirəm ki, Konstitusiyanı dəyişmək olar, amma bu o qədər də vacib deyil, çünki hər şey sənədlərdə yazıldığı kimi olsaydı onda dünya başqa cür olardı.

- Yəni konstitusiyaya dəyişikliklərdən asılı olmayaraq, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasını gecikdirməkdə davam edəcək?

- İndi Ermənistana sülh müqaviləsi imzalamağa nə mane olur? Üstəlik, Paşinyan Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra. Qalan hər şey təfərrüatdır. Ermənistan tərəfi isə bunu başa düşməlidir. Əslində, sülh müqaviləsi masanın üstündədir, imzalasınlar də. Və yalnız bundan sonra sərhədlərin demarkasiyasını müzakirə edib, haranın nə adlandığını, kimin çayının harada olduğunu və bütün bunların sərhədlərin pozulması olub-olmadığını müəyyənləşdirmək olar. Çıx Zəngəzur dəhlizinə, nə istəyirsən et, amma müharibə vəziyyətini dayandır. Ancaq bunun əvəzinə bir növ "silahlara nəzarət müqaviləsi" haqqında bir diskurs görünür. Mənə elə gəlir ki, Paşinyanın ətrafı heç vaxt heç nə öyrənməyib.

- Demişdiniz ki, Paşinyan Qərbdən gələn sifarişlə hərəkət edir və Azərbaycanla hesablaşmanı ləngidir. Hələ də belə düşünürsünüz?

- Etiraf edə bilərəm ki, Ermənistanı hələ də Qərb idarə edir, amma önəmli olan odur ki, ermənilər özlərini yaxşı hiss edir. Amma mən onlar üçün nəyin yaxşı olduğunu görmürəm. Ona görə də Qarabağın Azərbaycana qayıtması ilə bağlı düşünməyə bütün əsaslar var ki, artıq ermənilərin və Ermənistan dövlətinin taleyi həll olunacaq. Ermənistan regionun xəritəsindən tamamilə silinə bilər. Ermənilərin “böyük Ermənistan” xəyallarından fərqli olaraq, bu, reallıqdır.

- Ermənistan Rusiyanın “isti qanadı” altından çıxmağa cəsarət etmir, eyni zamanda KTMT-dən çıxmaqla bağlı bəyanatlarla Moskvanı şantaj etməkdən əl çəkmir. Moskva niyə belə səbirlə gözləyir?

- Sənə bunu açıq deyim: kim getmək istəyirsə, gedir. Yəni, həqiqətən getmək istəyirsənsə, nəhayət, ayrıl və get. Yoxsa bu boş şüarlar nəyə lazımdır- “Rədd olsun KTMT”, “Rusiya Gümrüdəki bazası çıxarılsın”, “Fransızlar bizə kömək edəcək” və s? Yaxşı, əgər belədirsə, onların yanına get. Kimi qorxudursan? Digər tərəfdən hazırda vəziyyət belədir: əgər ermənilər sağ qalmaq istəsələr, Ermənistanda birinci dövlət dili rus dili olacaq. Əgər tarixən siyasi xəritədən silinmək istəyirlərsə, o zaman onların dövlət dili fransız dili olacaq.

- Təsadüfi deyil ki, Fransa bizim bölgəni qarışdırmaq və bura soxulmaq üçün Ermənistana stavka edir...

- Fransanın özü cəhənnəmə yıxılacaq. Onun hansı şansları ola bilərdi? Avropada nə baş verdiyini görürsünüz.

- Ermənistan hələ də baş katib İmanqali Tasmaqambetovun ora gətirdiyi KTMT-nin yekun sənədlərini imzalamayıb. Moskva Paşinyana təzyiq edəcəkmi?

- Bilmirəm. Bu ölkə rəhbərliyinin özünü necə aparacağını söyləmək çətindir.

- Yəqin xəbərdarsınız ki, erməni mətbuatında qırmızı xətt Azərbaycanın Ermənistana hücuma keçmək üzrə olduğu barədə məlumatdır. Bu məsələ ilə bağlı fikirlərinizi eşitmək istərdim.

-Bəli, erməni mətbuatı yazır ki, guya Azərbaycan Ermənistanı tutmaq istəyir. Ermənilərə məsləhət görərdim ki, İlham Əliyevin “Azərbaycan öz tarixi məqsədinə nail oldu” bəyanatına qulaq assınlar. Əliyev həqiqətən də tapşırığı yerinə yetirdiyi üçün sakitdir, amma ermənilərin nə istədiyi bəlli deyil.

- Hər bir halda yenə də sülh müqaviləsi olmalıdırmı?

- Hesab edirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəsini sülh müqaviləsinə çevirmək üçün əlindən gələni edəcək. Amma bu sənədin imzalanma vaxtını dəqiq söyləmək hələ də çətindir.

- Rusiya və Ermənistan hərbi-texniki sahədə əməkdaşlıq haqqında saziş üzərində işləyir. Bu, Rusiyanın Ermənistana hərbi təchizatının bərpası üçün ilkin şərtlər yaradırmı?

- Ermənilərə silah niyə lazımdır? Onlar döyüşə bilərmi? Hər şeyini itirənlərə silah niyə verilir? Qarpız alverini, tədarük etməyi bilirlər. Qoy başa düşdükləri kimi etsinlər. Maşın istehsal edə bilmirlər, amma alırlar, döyüşə bilmir, ancaq NATO kurslarına gedirlər. Qaliblərdə öyrənilməlidir, onlar isə əksinə, məğlub olanların yanına gedirlər. Ona görə də uduzurlar.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər