Bakının Sabunçu rayonunun seçiciləri Azərbaycanda keçirilən Prezident seçkilərində fəal iştirak edirlər. Secki-2024.az saytı xəbər verir ki, 29 saylı Sabunçu IV seçki dairəsinin Zabrat kəndindəki 307 nömrəli tam orta məktəbdə təşkil olunmuş 25, 32, 33, 34 saylı seçki məntəqələrində səsvermə davam edir. Burada böyük seçici fəallığı müşahidə edilir.