PDF Oxu

Siyasət

  • 2 353

Azərbaycan regionda dayanıqlı sülhün bərqərar olması üçün yeni imkanlar yaradıb ŞƏRH

Azərbaycan regionda dayanıqlı sülhün bərqərar olması üçün yeni imkanlar yaradıb ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrikin, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri”nin sülh prosesinə ciddi zərbə vurduğunu, Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirməli olduğuna diqqət çəkdi.

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Böyük Zəfərdən sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistan üzərinə düşən bir sıra öhdəlikləri yerinə yetirmədi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və münaqişəyə son qoydu, regionda dayanıqlı sülhün bərqərar olması üçün yeni imkanlar yaratdı. Təəssüflər olsun ki, məkirli xislətindən əl çəkməyən Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddialarına son qoymaq fikrində deyil.

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu ilə görüş zamanı dövlətimizin başçısı bir daha qəti şəkildə bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdı.

Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar regionda sülh prosesinin aparılmasına böyük təhdiddir. Eyni zamanda Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etməsi də rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinə çalışdığının təsdiqidir.

Görüş zamanı Azərbaycan-Ermənistan münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupu 28 ildir mənasız fəaliyyəti də diqqət mərkəzində olub. Dəfələrlə siyasi şərhçilər, politoloqlar tərəfindən də Minsk Qrupunun vasitəçilik missiyası tənqid olunub.

Ermənistan artıq birdəfəlik başa düşməlidir ki, işğalçı hökumətin təxribatçı mövqeyi, regionda dayanıqlı sülhün əldə olunması yolunda yaratdığı əngəllər çıxış yolu deyil. Dərin sosial-iqtisadi və siyasi böhran içərisində çabalayan Ermənistan qonşu dövlətlərlə münasibətləri mehriban qonşuluq prinsiplərinə əsaslanan, etibarlı tərəfdaş kimi hər zaman öz dəyişməz mövqeyini nümayiş etdirən müstəqil Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul etməlidir.

Ermənistanın hərdəm xəyalları ilk növbədə özlərinə böyük zərbə olacaq. Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsas qayəsini regionda sülh və təhlükəsizliyin, sabitliyin təmin olunması təşkil edir. Cənubi Qafqaz regionunda dayanıqlı sülhün əldə olunması yolunda əngəllər yaratmağa çalışanların məkrli niyyətləri yenə də məğlubiyyətə uğrayacaq.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər