“Azərbaycanda növbədənkənar prezident seçkiləri mütəşəkkil və seçicilərin yüksək fəallığı şəraitində keçir. Prezidentliyə namizədlərin hamısına seçki yarışında bərabər imkanlar yaradılıb”. Bunu secki-2024.az saytına açıqlamasında növbədənkənar prezident seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyası qərargahının rəhbəri, MDB-nin Baş katibi Sergey Lebedev deyib.MDB-nin Baş katibi onu da əlavə edib ki, müşahidə missiyasının üzvləri Azərbaycanda keçirilən bu seçkilərdə xüsusi ab-havanı, mühiti hiss edirlər:“Biz görürük ki, bu ölkədə baş vermis böyük dəyişikliklərdən sonra hazırkı seçkilər tamamilə yeni şəraitdə keçirilir”.