Prezident seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 51 saylı seçki məntəqəsində səsvermə davam edir. Secki-2024.az saytı xəbər verir ki, məntəqədə yerli vaxtla saat 8:00-da başlayan səsvermə prosesinin qanunvericiliyə tam uyğun qaydada keçirilməsi üçün hər cür şərait yaradılıb.Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun qaydada, demokratik, şəffaf və ədalətli şəkildə keçirilir. Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak edirlər.