PDF Oxu

Siyasət

  • 1 697

Dənizçilər seçkilərdə iştirak ediblər

Dənizçilər seçkilərdə iştirak ediblər

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmilərində üzən dənizçilər növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə hüququndan istifadə edib. ASCO-dan secki-2024.az saytına verilən məlumata görə, ümumilikdə 84 gəminin 1455 nəfər heyət üzvünün səsverməsi Bakı vaxtı ilə saat 13:00-da 100 faiz təmin olunub. Radioqram və mail vasitəsilə gəmilərdən dənizçilərin səsi ASCO-da yaradılan 44 saylı seçki məntəqəsinə göndərilib və bu səslər məntəqədən 7 saylı Səbail seçki dairəsinə daxil olacaq. Xatırladaq ki, 84 gəmidən 76-sı Xəzər dənizində, 8-i Qara dəniz və Aralıq dənizi hövzələrində üzən gəmilərdir. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmilərində üzən dənizçilər növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə hüququndan istifadə edib.

Digər xəbərlər