İtaliya parlamentindən olan müşahidəçi Andrea Di Cüzeppe Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində gənclərin yüksək fəallığını məmnunluqla qeyd edib. Secki-2024.az saytı xəbər verir ki, bunu italiyalı parlamentari jurnalistlərə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 38 saylı seçki məntəqəsində apardığı müşahidələrin nəticələrinə əsasən deyib.“Seçkilərdə fəallığın yüksək olması bizi müsbət mənada təəccübləndirdi. Səhər saatlarından fəallıq çox yüksək idi. Gənclər səsvermədə aktiv iştirak edirlər”, - o bildirib.İtaliyalı parlamentari vurğulayıb ki, Azərbaycan gəncləri Avropa İttifaqı ölkələrindən fərqli olaraq seçkilərdə səsvermədə iştirak etməkdə maraqlıdırlar: “Avropada insanları səsvermə hüquqlarından istifadə etməyə razı salmaq problemlidir”.