PDF Oxu

Siyasət

  • 2 193

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində səsvermə davam edir

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində səsvermə davam edir

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində 7 fevral Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı yaradılmış seçki məntəqəsində səsvermə prosesi davam edir. Bu barədə secki-2024.az saytının sorğusuna cavab olaraq səfirlikdən məlumat verilib.Səfirlikdən bildirilir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İslandiya Respublikasında və İrlandiya Respublikasında daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının daxil olmuş müraciətləri əsasında seçici siyahısına daxil edilməsi məqsədilə səfirlikdə qeydiyyat aparılıb.

Digər xəbərlər