Rumıniyanın paytaxtı Buxarest şəhərində yerli saatla 13:00-a qədər seçicilərin 51 faizdən çoxu səs verib. Secki-2024.az saytı xəbər verir ki, səsvermə Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Rumıniyadakı səfirliyində yaradılmış 19 saylı Nərimanov birinci seçki dairəsinin 41 saylı seçki məntəqəsində keçirilib.