“Mənim seçki prosesi ilə bağlı böyük təcrübəm var. Əvvəllər dairə seçki komissiyasının üzvü, o cümlədən məntəqə sədri olmuşam. İndiyə qədər belə fəal seçki prosesi görməmişdim”. Bunu "Səs" qəzetinə açıqlamasında yerli müşahidəçi Yəhya Abbasov deyib.
8 saylı Binəqədi birinci seçki dairəsi üzrə məntəqələrdə müşahidəçi qismində iştirak edən Y.Abbasov fikirlərinə belə davam edib: “Binəqədi rayon 244 nömrəli tam orta məktəbdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə üç məntəqə - 19, 20, 21 saylı məntəqələr yerləşir. Hələ səhər 8-in yarısında məktəbin həyətində 500-dən çox seçici var idi. Hazırda da məntəqələrə gəlib səs verən seçicilərin ardı kəsilmir. Bir müşahidəçi kimi seçicilərin fəallığını, prosesin isə şəffaf və demokratik aparıldığını görürük”.
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...