İşğaldan azad edilmiş Qarabağda keçirilən növbədənkənar prezident seçkilərində müşahidəçi qismində təmsil olunuram. Seçki məntəqələrində səsvermənin şəffaf keçdiyini və seçici fəallığını müşahidə edirik. Bunu "Səs" qəzetinin müxbirinə verdiyi açıqlamada QHT təmsilçisi, Azərbaycan Respublikası Veteranlar Təşkilatının müşahidəçisi Yalçın Məmmədov söyləyib.
“Mənim üçün qürurvericidir ki, 30 ildən sonra işğaldan azad olunmuş torpaqlarda keçirilən seçkilərdə müşahidəçi kimi iştirak edirəm. Xalqımıza firavan gələcək arzulayıram”, – deyə müşahidəçi bildirib.