Bu gün biz seçkiləri izlədik. Seçkilər tam demokratik şəraitdə keçib, heç bir qeyri-qanuni hadisə olmayıb. "Səs" qəzeti xəbər verir ki, bunu Nərimanov rayonu 20 saylı II seçki dairəsinin 23 saylı seçki məntəqəsində müşahidəçi Orxan Muradov söyləyib.
O deyib: “Vətəndaşlar məntəqəyə sevinclə gələrək səs verirlər, seçici fəallığı çox yüksəkdir, növbə var idi. Onlar öz namizədlərinə səs vermək üçün həvəslə gəlirdilər. Bu seçkilər həm də Azərbaycanın bütün suveren ərazilərində keçirilir. Azərbaycan xalqı qalib ölkənin xalqıdır. Vətəndaşlarımız qalib ölkənin vətəndaşlarıdır”.