Fevralın 7-də növbədənkənar prezident seçkiləri demokratik şəraitdə və şəffaf olaraq keçirilib. "Səs" qəzeti xəbər verir ki, bunu 19 saylı Nərimanov birinci seçki dairəsinin 13 saylı səsvermə məntəqəsində müşahidəçi Vüsal Cahangirov deyib.
Müşahidəçi bildirib ki, məntəqə açılandan səsvermə prosesini izləyib: “İnsanlar sərbəst şəkildə gəlib səslərini veriblər. Seçicilərə heç bir təzyiq olmayıb, heç bir qayda pozuntusuna yol verilməyib”.