PDF Oxu

Siyasət

  • 1 700

Seçkilər çox sakit atmosferdə keçdi - MSK sədrinin müavini

image

"Bu prezident seçkilərinin əvvəlkilərdən əsas fərqləri seçici fəallığı, seçkilərin çox sakit atmosferdə keçməsidir. Belə ki, Mərkəzi Seçki Komissiyasının “qaynar xətt”inə seçkilərlə bağlı ümumilikdə 700-ə yaxın müraciət daxil olub. Bu müraciətlərdən təxminən 600-ü seçki proseslərinin tənzimlənməsi, seçici siyahıları, vətəndaşın hansı məntəqədə səs verəcəyi ilə bağlı idi. Yüzə yaxın sorğu isə əsasən hüquqi məsələlərdən - seçicilərin qeydiyyatdan çıxma vəsiqəsinə və səsvermə proseduruna aid suallardan ibarətdir". "Səs" qəzeti xəbər verir ki, bunu açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə seçicilərin fəallığı çox yüksək oldu: "Hətta işğaldan azad olunmuş ərazilərdə seçicilərin fəallığının respublikanın digər ərazilərinə nisbətən daha yüksək olduğunu deyə bilərik. Ölkə hüdudlarından kənarda 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Müqayisə üçün qeyd edə bilərik ki, 2018-ci ildə keçirilən prezident seçkilərinə nisbətən bugünkü prezident seçkilərində xarici ölkələrdə daha çox məntəqə qurulub. Həmçinin seçkilər daha çox ölkədə baş tutub. Amma bu seçkilər də göstərdi ki, proses yüksələn dinamika ilə inkişaf edir. İlkin məlumata əsasən, xarici ölkələrdə də seçicilərin fəallığı yüksəkdir. Saat fərqi olduğu üçün bəzi ölkələrdə səsvermə prosesi hələ yekunlaşmayıb".

Digər xəbərlər