PDF Oxu

Siyasət

  • 1 780

Pakistan nümayəndə heyətinin rəhbəri: “Seçkilər yüksək səviyyədə təşkil edilib”

Pakistan nümayəndə heyətinin rəhbəri: “Seçkilər yüksək səviyyədə təşkil edilib”

“Azərbaycan Mərkəzi Seçki Komissiyası fevralın 7-də prezident seçkilərini təşkilini yüksək səviyyədə həyata keçirib”. Secki-2024.az xəbər verir ki, bunu prezident seçkilərinin monitorinqinin nəticələrini açıqlayan Pakistan parlamentinin nümayəndə heyətinin rəhbəri Faysal Salim Rəhman deyib.Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, medianın seçkiləri işıqlandırması üçün bütün şərait yaradılıb. “Müşahidələrimizə əsasən deyə bilərik ki, seçkilər demokratik prinsiplərə uyğun şəraitdə baş tutub. Gənclərin seçki prosesində aktivliyi xüsusilə diqqət çəkirdi, o cümlədən seçici aktivliyi yüskək səviyyədə idi. Seçkilərin şəffaf və beynəlxalq standartlara uyğun keçirildiyini deyə bilərik”, - deyə Faysal Salim Rəhman deyib.

Digər xəbərlər