“Azərbaycanda olmaqdan şadıq, dəvət edildiyimiz üçün minnətdarıq. Azərbaycanda fevralın 7-də prezident seçkilərinin şəffaf, azad və demokratik şəkildə keçirildiyini müşahidə etdik”. Secki-2024.az xəbər verir ki, bunu İraq Parlamentinin nümayəndə heyətinin rəhbəri Cabbar Al-Çnani Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.Onun sözlərinə görə, seçki məntəqələrində səsverməyə gələnlər arasında sorğu keçiriblər: “Ümumilikdə 7 məntəqədə olduq. Seçicilərlə söhbətlər apardıq. Müşahidələr göstərdi ki, Azərbaycanda keçirilən bu seçkilər inkişaf etmiş ölkələrdən elə də seçilmir”.