PDF Oxu

Siyasət

  • 3 652

XI Qlobal Bakı forumu çox önəmli platformadır - ŞƏRH

XI Qlobal Bakı forumu çox önəmli platformadır - ŞƏRH

14 mart 2024-cü il tarixində Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dahi şair Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı əsasında “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu davam edir. “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda məsələlərin əhatə dairəsi, əhəmiyyəti, qlobal miqyası, eləcə də müzakirə olunan mövzuların aktuallığı barədə bəhs edilir. Burada dünyanın nüfuzlu insanları bir platforma altında birləşir. Forumda dünyanın 70-dən çox ölkəsindən 350-dən artıq qonaq iştirak etmişdir.

Qlobal Bakı Forumu Davos İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacib sayılan platformada əsas geosiyasi dəyişikliyin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası məsələsi vurğulanıb. Ölkə başçısı daha sonra çıxışında bildirmişdir: “Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Heç kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi birincisi, beynəlxalq hüququn tam pozulması, ikincisi isə belə bir ölkə üçün çox böyük iddia idi. Onlar hesab edirdilər ki, əbədi olaraq bizim torpaqlarımızı işğal altında saxlaya bilərlər. Amma 2020-ci ilin sentyabr-noyabrında bundan dərs götürdülər”. Hərbi potensial və xalqın birliyi olmasa, güclü siyasi iradə uğura aprmayacaq. Bizim iqtisadi inkişafımız, maliyyə imkanlarımız və müdafiə potensialımız və bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini tam dəstəklədikdə aktiv və proaktiv xarici siyasətin yürüdülməsi buna imkan verdi.

Qarabağ məsələsi öz həllini tapdıqdan sonra artıq sülhə çox yaxınıq. İki ölkənin xarici işlər nazirlərin görüşləri bərpa olunub və indi sülhə nail olmaq mümkündür. Tarixi ədalət və beynəlxalq hüquq bərpa edildikdən sonra regionda artıq düşmənçiliyə son qoyulmalıdır.Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər bütün dünyanı narahat edən mövzulardır. Forumda müzakirə olunan mövzular bütün dünyanı bərpası üçün nəzərdə tutulub. Bu forumda təklif və ideyaların dinlənilməsi gözlənilir və bunlar bu il keçiriləcək qlobal qərar qəbuletmə tədbirlərində təqdim olunacaq.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər