PDF Oxu

Siyasət

  • 2 195

"Azərbaycan Gürcüstanın xarici tərəfdaşları arasında ilk beşlikdə yer alır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Gürcüstanın xarici tərəfdaşları arasında ilk beşlikdə yer alır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Baş nazir vəzifəsinə seçiləndən sonra dərhal Azərbaycana səfər etməsi ölkələrimizarası münasibətlərin yüksək və sarsılmaz olduğunun göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.O bildirib ki, xalqlarımızın dostluğu tarixi köklərə əsaslanır: "Müstəqilliyə qovuşandan sonra ölkələrimizarası münasibətlər daha da möhkəmlənmişdir. Azərbaycan Gürcüstanın çətin günündə yanında olaraq öz dəstəyini ifadə etmişdir. O cümlədən ölkələrimiz həmişə bir-birinin ərazi bütövlüyünü dəstəkləmişdir. Ərazilərimizdə suverenlik təmin olunanda qələbəmizə sevinən ölkələrdən biri də Gürcüstandır.Bu gün ölkələrimizarası münasibətlər yeni müstəviyə çıxmışdır. Azərbaycan Gürcüstan üzərindən ixrac kəmərləri vasitəsilə neft və qazı dünya bazarlarına çıxardır. Həm də Bakı -Tiblisi -Qars dəmir yolu vasitəsilə Avropanı Asiya ilə birləşdirmişik. Bu layihənin buraxılma gücünün 1 milyon tondan 5 milyon tona artırılması üçün Azərbaycan bu yolun Gürcüstan ərazisindən keçən hissəsinə əlavə olaraq 100 milyon dollar sərmayə yatırmışdır. Bu gün Qara dənizin dibi vasitəsilə Yaşıl Kabel Dəhlizinin yaradılması istiqamətində iqtisadi əsaslandırma işləri davam etdirilir. Təbii ki, bu layihə Azərbaycan və Gürcüstanı Avropanın yaşıl enerji ilə təchizatçıya çevirəcəkdir. Ölkələrimiz arasında ticarət dövriyyəsi sürətlə artır. Belə kİ, Azərbaycan Gürcüstanın xarici tərəfdaşları arasında ilk beşlikdə yer alır. Bütün bunlar ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın göstəriciləridir. Azərbaycanla əməkdaşlıq Gürcüstana böyük gəlirlər qazandırır. Yeni seçilmiş Baş nazirin ilk xarici səfərlərindən birini Bakıya etməsi Azərbaycanla qurulmuş dostluq və əmkdaşlıq münasibətlərini daha da möhkəmləndirərək inkişaf etdirmək niyyətindən irəli gəlir. Təbii ki, ölkələrimiz Cənubi Qafqazda sülh və əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır. Qonşu dövlətlər arasında münasibətlərin yüksək olması nəinki, o ölkələr üçün, həm də böyük bir coğrafiyada təhlükəsizliyin təmin olunmasına töhfədir".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər