Siyasət

  • 2 527

“Prezidentin siyasi kursuna bağlılıq müstəqilliyimizi daha möhkəm edəcək” - ŞƏRH EDİLDİ

image

“7 fevral tarixində baş tutan növbədənkənar Prezident seçkiləri yüksək texniki hazırlığı ilə yadda qaldı. Konstitusiya və seçki məcəlləsinə uyğun olaraq, seçkinin bütün mərhələləri qanun çərçivəsində təşkil edildi. Namizədlər imza toplaması və qeydiyyata alınmaq üçün tələblər yerinə yetirdi. Yeddi namizədin hər biri 7 fevrala qədər açıq şəkildə öz təbliğatlarını apara bildilər. Eyni zamanda İctimai televiziyada onların təbliğatı üçün geniş imkan yaradıldı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, seçki günü səsvermənin yüksək səviyyədə təmin edilməsi hər kəsin sərbəst və gizli şəkildə səsverməsinə şərait yaratdı: “Müşahidəçilərin də qeyd etdiyi kimi seçkilər və səsvermə rəqabətli, ədalətli və qanunun tələblərinə uyğun idi. Seçicilərin böyük əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının sədri, indiki Prezident cənab İlham Əliyevə səs verdi.Dövlət başçısı İlham Əliyev özünün fəaliyyəti ilə Azərbaycan xalqının rəğbətini qazanıb. Onun siyasi fəaliyyəti Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə, Azərbaycanın maraqlarının yüksək səviyyədə qorunmasına, həmçinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün maksimum səylər göstərilməsinə səbəb oldu. Növbəti 7 il ərzində də ölkə başçısının milli maraqlarımızı yüksək səviyyədə qoruyacağına hər kəsin böyük inamı var. Cəmiyyətdəki yekdillik dövlətçiliyə, millətimizə, cənab Prezidentin siyasi kursuna bağlılıq Azərbaycanın müstəqilliyini daha möhkəm edəcək”.
Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər