Siyasət

  • 771

"AXCP xaricdən onlara dəstək verənlərin “etimad”ını doğrultmağa canfəşanlıq edir" - PARTİYA SƏDRİ BİLDİRDİ

image

AXCP Rəyasət heyətinin üzvü İlham Hüseyn bildirib ki, seçki bir daha sübut etdi ki, indiki reallıqda xalqın nə düşünməsi hökuməti narahat etmir. Seçkilər bitməsinə baxmayaraq AXCP-nin təxribat cəhdləri davam edir. Onlar bununla nə əldə etməyə çalışır? SİA mövzu ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağının fikrini öyrənib.Onun sözlərinə görə, AXCP cəmiyyətdə nüfuzunu itirib: “Bunun yerini doldurmağa çalışırlar. Onlar reallığı hamıdan yaxşı görürlər. Gedən prosesləri izləyirlər, cəmiyyətdə indiyədək danışdıqları cəfəngiyyata qarşı münasibət də ortadadır. Onların dediklərinə heç kəs inanmır, dəstək vermir. AXCP ümumiyyətlə partiyalıqdan çıxıb, 100-200 nəfər qalıb, ya qalmayıb. Onlar artıq partiya kimi yox, təxribat qrupu kimi fəaliyyət göstərirlər. Fəaliyyətləri ancaq təxribat törətmək, haradasa qara qışqırıq salmaqdır. Nə rəyasət heyəti, nə hansısa qurumu, nə də rayon şöbələri partiya kimi fəaliyyət göstərir”.Partiya sədri bildirib ki, onlar bu reallığı görür və anlayırlar ki, cəmiyyətdə onlara dəstək yoxdur: “Azərbaycanda bu cür mənasız bəyanatlar verməklə gündəmə gəlməyə çalışırlar. Xaricdə müəyyən mərkəzlər var ki, onları maliyyələşdirir. Əgər dövlət xarici ölkədə kimisə maliyyələşdirirsə, deməli öz məqsədi var. Azərbaycanda müəyyən məkrli planları həyata keçirmək üçün onlardan istifadə etməyə çalışırlar. Onlar da bunu başa düşürlər, bilərəkdən xidmət edirlər. Onların fəaliyyəti bundan ibarətdir. AXCP-nin məqsədi Azərbaycanda hakimiyyətə gəlmək deyil çünki onların perspektivi yoxdur. Xaricdən onlara dəstək verənlərin “etimad”ını doğrultmaq üçün bu cür canfəşanlıq edirlər”.

Müəllif: Rəşid Qarayev

Digər xəbərlər