Siyasət

  • 1 691

“Azərbaycan COP29-la dünyada ekologiya sahəsinə mühüm töhfə verəcək” - ŞƏRH EDİLDİ

image

“COP29-un Azərbaycanda keçirilməsi böyük və mühüm hadisədir. Baxmayaraq ki, bir sıra güc mərkəzləri ölkəmizdə bu tədbirin keçirilməsinə qarşı çirkin kampaniya həyata keçirməkdə maraqlıdırlar və tədbiri kölgə altına salmağa cəhd edirlər. Düşünürəm ki, bu cəhdlər də uğursuz olacaq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. O bildirib ki, Azərbaycan böyük tədbirlərin ev sahibi kimi hər zaman özünü ən yaxşı formada göstərib: “Bu səbəbdən də artıq ölkəmizdə bu sahədə işçi qrupu fəaliyyət göstərir və gender balansı qorunub. Azərbaycan bu il ərzində COP29 tədbirini böyük uğurla həyata keçirəcək. Təsadüfi deyil ki, ölkə başçısı tərəfindən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub və bu xüsusda ölkəmizdə çoxsaylı kiçik miqyaslı tədbirlər də keçiriləcək. Əsas məqsəd isə ekologiyanın qorunması, bu istiqamətdə problemlər aşkar edilməsi və həlli istiqamətində müzakirələrin aparılmasıdır. Azərbaycanda bu sahədə mühüm işlər görülür. Zənnimcə COP29 tədbirini də Azərbaycan uğurla həyata keçirərək dünyada da ekologiya sahəsinə mühüm töhfə verəcək”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər