PDF Oxu

Siyasət

  • 2 442

Fuad Qəhrəmanlı trol statusunu itirir ANALİZ

Fuad Qəhrəmanlı trol statusunu itirir ANALİZ

Azərbaycan cəmiyyətində dünyanın heç bir xalqına nəsib olmayan birlik mövcuddur. Bu birlik 44 günlük Vətən Müharibəsində yeddidən yetmiş yeddiyə qədər hər kəsin Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməsi ilə yağı düşməni məhv edib, torpaqlarımızın azadlığına nail olunması ilə özünün pik nöqtəsinə yüksəldi. 7 fevral növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı öz liderinə təşəkkür borcunu yerinə yetirməklə məntəqələrə axın edib, Ona səs verdi. Bununla da bir daha Xalq- İlham Əliyev birliyinin sarsılmaz olduğu təsdiqləndi. Görünən ondan ibarətdir ki, məkrli yerli və xarici qüvvələr hakimiyyət – xalq birliyindən ciddi şəkildə narahatlıq keçirir. Bu səbəbdən də hər cür iyrənc vasitələrdən istifadə etməklə cəmiyyətdə bir narazılıq yaratmağa çalışırlar. Başa düşürlər ki, cəhdləri nəticəsiz qalacaq. Çünki xalqın öz liderinə olan sevgisi dəyişilməzdir və bu sevgini heç bir qüvvə hər hansı bir dezinformasiya xarakterli informasiya ilə poza bilməz. Dağıdıcı müxalifət və xaricdəki antimilli ünsürlər müstəqil olmadıqlarından təqdim olunan planlardan kənara çıxmağa cəsarət etmirlər. Yəni məkrli fəaliyyətlərini müxtəlif sosial şəbəkələr, internet TV-lər vasitəsi ilə davam etdirirlər. Hətta o dərəcədə çaşıblar ki, bilmədikləri, anlamadıqları məsələlər ətrafında filosofluq edirlər.

F.Qəhrəmanlı “səhvlərini düzəltmək” xəbərdarlığı edilməklə yenidən trolların sırasına qəbul edilib

Söz yox ki, dağıdıcı müxalifət başbilənlərinin müxtəlif internet TV-lər də ayrı-ayrı sahələr üzrə anlamadıqları fəaliyyət sferalarına daxil olmayan məsələlər haqqında danışmaları və yanlış fikirlər yürütmələri sadəcə gülüş doğurur. Anlamaq olmur ki, dağıdıcı müxalif ünsürlər bilmədikləri, bilikləri olmayan sahə üzrə ekspert kimi danışmağı özlərinə necə rəva görürlər. Məsələn, bozbaş mollaların torbasından qidalanan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı demək olar ki, saatını, gününü sosial şəbəkələrdə trolluq etməyə həsr edib. Hansı statusuna nəzər yetirilsə, orada şər və böhtan görmək olar. İnternet TV-lərə verdiyi açıqlamaları ancaq əxlaqsız söz və ifadələrdən ibarətdir. Bu da onu deməyə əsas verir ki, bu məxluq AXCP sədri Əli Kərimli tərəfindən xüsusi statusla görəvlənib. Çünki məlum ailə qalmaqalından sonra F.Qəhrəmanlı bütün statusları əlindən alınaraq zibil qutusuna atılmışdı. Yəni, o zaman bütün feministlər, hətta Xədicə İsmayıl, İsmayıl Cəlilov, Nahid Cəfərov kimilər də onun vəhşiliyinə etiraz bildirmişdilər. Nəhayət, ictimai təpkidən sonra Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefaya göndərilmişdi. 2023-cü ilin iyulunda keçirilən partiyanın qurultayından sonra F.Qəhrəmanlı “səhvlərini düzəltmək” xəbərdarlığı edilməklə yenidən trolların sırasına qəbul edildi. Bu “etimadı” doğrultmaq üçün F.Qəhrəmanlı dəridən qabıqdan çıxır, sayıqlamadığı, səsləndirmədiyi əxlaqsız fikir qalmır.

Fuad Qəhrəmanı yenidən parazitliyə başladığını elan etdi

Son vaxtlar F.Qəhrəmanlı bütün varlığı ilə 7 fevral növbədənkənar prezident seçkiləri ilə bağlı dezinformasiya xarakterli informasiya yaymağa köklənib. Növbəti statusunda F.Qəhrəmanlı Qərbin müəyyən dairələrinin seçkilərə münasibətinin müsbət olmasından narahatlıq keçirdiklərini üstüörtülü də olsa dilə gətirir. Bildirir ki, Qərbin Azərbaycandakı seçki nəticələrinə yanaşmada ayrıca tənqidi münasibət bildirmədən ATƏT Müşahidə Missiyasının rəyi ilə razılaşması, yalnız Ermənistanla sülh danışıqlarını davam etdirilməsi və sülh müqaviləsinin imzalanması üçündür: “Bu sülh müqaviləsindən sonra isə Azərbaycana münasibətdə tələblərin və qiymətləndirmələrin də kəskin şəkildə dəyişəcəyi gözlənilir”.

F.Qəhrəmanlı özünəməxsus sayıqlamasını davam etdirərək iddia edir ki, AŞPA da Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməməsi faktı da göstərdi ki, Qərb sülhdən sonra Azərbaycan hakimiyyətinin indiki şəkildə özünü aparmasına dözmək niyyətində olmayacaq: “Çünki sülh müqaviləsindən sonra Azərbaycanın öz daxili siyasət standartlarını dəyişməsi Qərbə inteqrasiya prosesinin tələbinə çevriləcək. Bunun fərqində olmaq lazımdır. Rusiya ilə geosiyasi rəqabətdə Azərbaycanın inteqrasiya prosesində iştirakı Qərbin maraqlarının tələbədir, bu səbəbdən də demokratiyaya bu gün təkcə bir bəşəri dəyər deyil, həm də geosiyasi inteqrasiya və təzyiq alətidir”.

Bir trol o biri trolu günahkar çıxarmağa çalışır

ABŞ-da siçovulluq edən Sevinc Osmanqızının dediklərinə istinad etməklə o fikri qeyd etmək olar ki, F.Qəhrəmanlının yazdıqları onun özünün beyinin məhsulu deyil. S.Osmanqızı özünün TV-sində bildirib ki, F.Qəhrəmanlının yazdığı və sonradan Qənimət Zahid tərəfindən səsləndirilən məqalə plagiatdır, onu F.Qəhrəmanlı deyil, başqa şəxs yazıb. F.Qəhrəmanlı ittihamların əsassız olduğunu sübuta yetirməkdənsə, S.Osmanqızını sifarişlər əsasında müxalifəti hədəfə almaqda günahlandırıb. Hətta bir qədər də dərinə gedən AXCP-nin fəal trolu F.Qəhrəmanlı bildirir ki, S. Osmanqızı hakimiyyətdən paket aldığından ona və Əli Kərimliyə qarşı tənqidi fikirlər səsləndirir: “Sevinc Osmanqızını narahat edən, müxalifətə qarşı qəzəbli edən nədir? Niyə əvvəllər bir yerdə olduğu müxalifətə düşmən kəsilib? Sevinc Osmanqızının Milli Şuraya və AXCP-yə qarşı düşmən kəsilməsinin səbəbi onun müəyyən sifarişlər alması ilə bağlıdır”. F.Qəhrəmanlının ittihamlarına S.Osmanqızının cavabı sərt olub: “Kim sizə qarşı irad səsləndirirsə, onu hakimiyyətdən paket almaqda günahlandırırsınız, ayıbdır, utanın”.

Bir sözlə, F.Qəhrəmanlı özünün ağılsız açıqlamaları və statusları ilə öz səviyyəsinin hansı ölçüdə olduğunu göstərir. Həm də aydın olur ki, bunlar yalnız dedi-qodudan o yana gedə bilməzlər. Digər tərəfdən, bir-birini ifşa etməklə müxalifətin adi formada polemika qurmaq, dostcasına yol getmək, birgə qərarlar qəbul edib, onu həyata keçirmək gücünə, biliyinə və imkanına malik deyillər.

İLHAM ƏLİYEV

Digər xəbərlər