PDF Oxu

Siyasət

  • 2 182

Fransa üsyanların qurbanı olacaq - TƏHLİL

Fransa üsyanların qurbanı olacaq - TƏHLİL

Fransızlar istənilən müqaviməti dəf edərək Makronu zərərsizləşdirməyə çalışacaqlar

Bu gün dünyanın əksər bölgələrində müharibələr, münaqişələr, daxili çəkişmələr ardıcıl xarakter daşıyır. Bu qarşıdurmalar nəticəsində həyatını itirən, əlil olmaqla sağlamlığından məhrum olan dinc insanlardır. Yurd-yuvaları dağılan, isti ocağından məhrum olanda mülki insanlardır. Bu baxımdan demək olar ki, müharibələrdə ən çox əziyyət çəkən, məhrumiyyətlərə düçar olan dinc insanlardır. Xüsusilə də, uşaqlar, qadınlar daha çox əziyyət çəkirlər. Təkcə Fələstin-İsrail müharibəsində həyatını itirən 29 min insanın 23 min 600 nəfəri mülki insanlardır ki, onların da yarıdan çoxu uşaqlardır. Amansız müharibələri, qanlı toqquşmaları aradan qaldırmağa, sülh və təhlükəsizliyi təmin etməyə cəhdlər göstərilmir. Əksinə, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Rusiya kimi dünyanın aparıcı dövlətləri müharibə aparan tərəfləri öldürücü silahlarla təchiz etməklə vəziyyəti daha da qızışdırırlar.

Bu, o anlamı yaradır ki, dünyanın güc mərkəzləri insan ölümlərinə laqeyddirlər. Belə demək mümkünsə daha çox dağıntıların, insan ölümlərinin olmasına çalışırlar. Əgər belə olmasa idi, insan qətliamlarına son qoyardılar. Maraqlar və müəyyən halda laqeydlik dünyanın təlatümlər içində olmasına gətirib çıxarır. Vəziyyəti ağırlığı o dərəcə də kritik xarakter alıb ki, bəzi siyasi, hərbi ekspertlər üçüncü dünya müharibəsinin qaçılmaz olduğunu qeyd edirlər. Təbii ki, üçüncü dünya müharibəsinin baş verməsi və nüvə silahının işə düşməsi bəşəriyyətin sonu ola bilər. Bunu dünyanın aparıcı dövlətləri bilsələr də, vəziyyətin stabilləşdirilməsi üçün lazımi addımlar atmırlar. Əksinə, ABŞ və Avropanın İsrail-HƏMAS müharibəsində birincinin yanında yer almaları vəziyyətin gərginləşməsinə xidmət edən amillərdəndir. Xüsusilə də, Fransa prezidenti Makronun çağırılmamış qonaq qismində Təl-Əvivdə peyda olması və oradan ampluasına uyğun açıqlamalarla çıxış etməsi və hədələyici bəyanatlar səsləndirməsi dünyaya meydan oxumaq kimi qiymətləndirilir.

Fransa terroru dəstəkləyən və maliyyələşdirən dövlətlərdəndir

Fransa açıq şəkildə müstəmləkə siyasəti aparan və terroru dəstəkləyən, maliyyələşdirən dövlətlər sırasında yer alır. Bu baxımdan, belə bir dövlət dünyada sülhə və təhlükəsizliyə heç bir halda töhfə verə bilməz. Bu yaxınlarda Bakıda keçirilən 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən olan nümayəndələrin iştirak etdiyi “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda konfransda müstəmləkə altında əzilən xalqların nümayəndələri Fransanı müstəmləkəçiliyə son qoyulmasına çağışı etdilər. Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının nümayəndəsi Jan Jakob Bisep beynəlxalq konfransda çıxışı zamanı bildirdi ki, dörd əsrdir ki, biz Fransanın təzyiqi altında yaşayırıq: “Ölkəmiz Fransanın müstəmləkəçiliyi dövründən bəri öz haqları uğrunda mübarizə aparır. Fransızlar bizim ərazilərdə işləyir, yerli əhali isə işsizdir. Azadlığımız üçün mitinqlər təşkil edirik ki, səsimiz eşidilsin, amma buna görə həbsə atılırıq. Biz Fransa müstəmləkəçiliyi ilə mübarizəmizi davam etdiririk. Bu ölkənin ədalətsizliyindən çox əziyyət çəkirik”.

Böyük Britaniyanın "CAGE" müstəqil insan haqları təşkilatının icraçı direktoru Məhəmməd Rəbbani isə konfransda çıxışında bildirdi ki, Fransa müsəlmanların uşaqlarını kriminallaşdırır: “Fransada etirazların strateji olaraq yatırılması trayektoriyası əks olunub. Burada hazırkı irqçilik və islamofobiya siyasətinə qarşı tənqidləri susdurmağa çalışırlar. Müsəlmanların üzərinə müxtəlif cinayətləri atırlar. Onların özünüifadə hüququ tapdalanır, qızların məktəblərdə müsəlman geyimləri geyinməsi qadağan olunur”.

Konfrans iştirakçısı Yeni Kaledoniyanın Sosialist və milli KANAK azadlığı cəbhəsinin BMT-dəki nümayəndəsi Xanım Maqalie Tinqal çıxışında Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə bəyanatına görə təşəkkür edib: “Bu, çox güclü və çox doğru bəyanat idi. Fransa çox ikiüzlüdür. Azərbaycan Prezidentinə bizim vəziyyətimizlə bağlı bəyanatına görə təşəkkür edirəm. Biz bu gün Yeni Kaledoniyada çox böyük problemlərlə üzləşirik. Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı 2021-ci ilin 12 dekabrında keçirilmiş referendum pandemiya dövründə təsadüf etdi. Ona görə də biz bunun təxirə salınmasını istədik. Lakin Fransa referendumu saxladı, nəticədə Yeni Kaledoniya əhalisinin 57 faizi referendumda iştirak edə bilmədi. Fransanın bu referendumu saxlaması ikiüzlülükdür. Biz öz hüquqlarımız uğrunda mübarizə aparacağıq. Ona görə də bu məsələni Beynəlxalq Ədalət Məhkəməsində qaldıracağıq”.

Makron vaxtilə “İslam dövləti” terror təşkilatına qarşı yaradılmış beynəlxalq koalisiya çərçivəsində HƏMAS-a qarşı mübarizəyə başlamağı təklif edib. Hansı formada? Şübhə yoxdur ki, Liviyaya, İraqa və Suriyaya qarşı təşkil olunun kaolisiya forması düşünülür. Belə hal yaranarsa, müharibə ocağının genişlənəcəyi və daha amansız xarakter alacağı şübhəsidir. Rusiya, Çin və müsəlman ölkələrinin Makronun iddialarına qarşı sərt təpki göstərmələri və belə bir birliyin yaradılması istəyini tənqid etmələri qeyd olunanlara misal ola bilər. Müharibə isə dayanmayacaq. Çünki bundan əvvəl ABŞ prezidenti Bayden də Yaxın Şərqdəki hadisələri şərh edərkən bildirib ki, “hələ müharibəni dayandırmağın vaxtı deyil”. ABŞ, Fransa və ümumilikdə Qərbin yanaşması bölgədə sülhü bərpa etmək, hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb olan qanlı döyüşləri dayandırmaq yox, müharibəni daha da alovlandırmağa yönəlib.

Fransa dövlətlərarası müharibələrin baş verməsində maraqlı olan dövlətdir

Fakt ondan ibarətdir ki, Fransa müharibələrin baş verməsində maraqlı olan dövlətdir. Çünki müharibə aparan tərəflərə özünün yararsız silah-sursatını satmaq imkanını qazanır. Livan vasitəsi ilə Fransa HƏMAS-a böyük çeşiddə silah sursat satıb və bu alveri davam etdirməkdədir. Nəzrə almaq lazımdır ki, Fransa dünyada silah ixracatçılarının ilk beşliyindədir. Raket silahı 23 faiz, radioelektronika 22 faiz və aviasiya texnikası 21 faiz təşkil edir. Ölkənin silah istehsal edən şirkətləri dünyanın 130 ölkəsinə silah satışını həyat keçirirlər. Əsas silah alıcıları Səudiyyə Ərəbistanı, Misir, Hindistan, BƏƏ və Qətərdir. Fransa “bacı”sı hesab etdiyi Ermənistana da silah satışını həyat keçirir. Bu yaxınlarda Fransa Gürcüstan vasitəsi ilə Ermənistana silah tədarükünü həyata keçirmişdi. Yayılan məlumatlara istinadən demək olar ki, Fransa tərəfindən Ermənistanın silahlandırılması davam etdirilir. Bu isə təhlükəlidir, regionda sülhə və təhlükəsizliyə təhdid yaradır. Sabah hər hansı bir genişmiqyaslı qarşıdurma olsa, təbii ki, bunun günahkarı Ermənistan olacaq. Çünki Ermənistan Fransanın təzyiqi altındadır, istənilən an erməniləri Azərbaycana qarşı təxribatlar törətməyə təhrik edə bilər.

Qeyd etmək lazımdır ki, Almaniya və Fransadan olan mülki missiyanın yerləşdiyi Ermənistan sərhədindən fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Bütün bunlar onu təsdiq edir ki, Ermənistan Fransanın təhriki ilə qarşıdurmaya gedə bilər. Təbii ki, bu halda Ermənistan Azərbaycanın qətiyyətli zərbələri ilə böyük insan və torpaq itkilərinə məruz qalacaq. Bu vəziyyət Fransanı narahat etmir. Çünki onlar qan tökməkdə, münaqişlər yaratmaqda marqldılar. Lakin bu məqamda bir məsələ diqqəti cəlb edir ki, Fransa nə qədər başqa dövlətlər də qanlı toqquşmaların yaradılmasına maraq göstər sə özü də daxili qarşıdurmaladan xilas ola bilmir. Hələ 2020-ci il də “sarı jiletlilər” hərkatı zamanı polislə qarşıdurma zamanı onlarla fransalı həyatını itirmiş, yüzlərlə insan isə yaralanmışdı. O zaman bütün ölkə ərazisini əhatə edən aksiyalar da 170 minə yaxın insan iştirak etmişdi. Təkcə Parisdə təxminən 65 min etirazçı küçələrə axışıb.

Paytaxtdakı yürüş dinc şəkildə başlasa da, sonradan iğtişaşlarla müşayiət olunub. İğtişaşçılar avtomobilləri və köşkləri yandırıb, polisə daş və su şüşələri atmağa başlayıblar. Polis əməkdaşları 46 aksiya iştirakçısını saxlayıb, 23 polis əməkdaşı xəsarət alıb. Ümumilikdə, ölkədə “Qlobal təhlükəsizlik haqqında” Qanun layihəsinin 24-cü maddəsinə qarşı 70-ə yaxın nümayiş keçirilib. Son günlər isə femerlər Makronun siyasətinə etiraz əlaməti olaraq genişmiqyaslı etiraz aksiyaları keçirlər. Fermerlər traktorlar, ot tayaları və peyin qalaqları ilə əsas magistral yolları bağlayırlar. Tuluza, Strasburq, Lion, Bordo, eləcə də Kale, Bove və başqa iri şəhərlərin ərazisində avtomobil yolları bağlanıb. Fermerlər həmçinin prefekturaları və hökumət binalarını peyin və digər tullantılarla zibilləyirlər.

Onlar peşələrinin əhəmiyyətinin tanınmasını tələb edir və hökumətin kənd təsərrüfatı siyasətini pisləyirlər. Ölkə əhalisinin az qala 80 faizi fermerlərin aksiyasını dəstəkləyir və E.Makronu tənqid etməklə onu istefaya çağırırlar. Bütün bunlar onu göstərir ki, yaxın günlərdə yenidən ölkəni üsyanlar bürüyəcək. Bu dəfə isə Makron xilas ola bilməyəcək. Qəzəblənmiş kütlələr Makronun iqamətgahını dağıtmaqla onu həbs edərək, ədalət məhkəməsinə təhvil verəcəklər. Gözlənilən bəlanın ağırlığını dərk edən Makron qabaqlayıcı tədbirlər görməkdədir. Lakin ekspertlərin də gəldikləri qənaətə görə artıq gecdir, fransızlar Makronu zərərsizləşdirmək üçün qərarlarında israrlıdılar və istənilən müqaviməti dəf edərək planlarını və məqsədlərini həyata keçirəcəklər. Bu isə ona dəlalət edir ki, artıq E.Makronun sonudur, elə Fransanın da.

İLHAM ƏLİYEV

Digər xəbərlər