Ölkəmizdə keçirilən möhtəşəm Prezident seçkilərindən sonra Ermənistanın buna reaksiyasız qalacağı əslində gözlənilməyən deyildi. 2020-ci ilin 44 günlük müharibəsində tamamilə uduzan, işğal etdiyi Azərbaycan torpaqlarından milli ordumuzun rəşadətli ilə çıxarılan, 44 günün sonunda isə artıq tab gətirə bilməyib ağ bayraq qaldıran Ermənistan ağlına da gətirə bilməzdi ki, onu 3 il sonra daha nələr gözləyir.
Xankəndi istiqamətindən hücumlara son qoymaq bilməyən, üstəlik tarixi torpağımızda oturub oranı terrorizm yuvasına çevirən Ermənistan 2023-cü ildə Azərbaycan tərəfdən elə bir taktika ilə qarşılaşdı ki, bunu nə ağlına gətirə, nə də yuxusunda görə bilərdi. Beləliklə, Xankəndi həmin ilin 20 sentyabrında bir günlük lakol xarakterli anti-terror tədbirləri ilə tamamilə terrorizmdən xilas edildi. Baxmayaraq ki, burada yaşayan ermənilərə Azərbaycanın qanunları çərçivəsində qalıb yaşamaq təklif olundu, lakin onlar bununla nədənsə razılaşmadı və Xankəndini tərk etdilər. Xocalı, Xocavənd, Ağdərə də bu tədbirdən sonra azad olundu. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa etdi.
2024-cü ilin başlanğıcında Prezident seçkilərinin keçirilməsi və Qarabağı və Şərqi Zəngəzuru düşməndən xilas edən Ali Baş Komandanın qələbəsi ilə bitməsindən sonra isə bəli, Ermənistan sərhədlərimizdə bir münaqişə törətməli idi. Çünki bu, onun köhnə peşəsidir. Zaman-zaman şahidi olmuşuq, elə ki, Azərbaycanda uğurlu, əlamətdar bir hadisə baş verib, axşama və ya səhərə sərhədlərimizdə erməni bir hadisə törədib, diqqətləri həmin xoş hadisədən uzaqlaşdırıb.
Fevralın 12-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində hərbi qulluqçumuzun yaralanması da Ermənistanın Azərbaycanın uğurlarına qarşı reaksiyası, həm də Avropa Birliyinin ermənipərəst missiyasının təzahürü idi.
Düşmən təxribatları heç bir zaman cavabsız qalmayıb, qalmır və qalmayacaq
Dövlət başçısı, Ali Bas Komandan cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, düşmən təxribatlari heç bir zaman cavabsız qalmayıb, qalmır və qalmayacaq. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın fevralın 12-də törətdiyi və bir sərhədçimizin yaralanması ilə nəticələnən təxribata qisas əməliyyatı ilə cavab verməsi də dövlət başçısının söylədiyi qətiyyətli fikrin təzahürü oldu. Dəfələrdə Azərbaycan Ermənistana qarşı qisas əməliyyatı həyata keçirib. Nə bir yaralımızın, nə də şəhidimizin qanı yerdə qalmayıb.
Ermənistan siyasi-hərbi rəhbərliyi nə üçün dəfələrlə törətdiyi əməllərə Azərbaycandan qarşılıq almasına baxmayaraq hələ də anlamaq istəmir ki, heç vaxt Azərbaycan tərəfi əsgərinin qanı yerdə qoymur. Elə fevralın 13-də əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edildi, döyüş mövqeləri susduruldu. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.
Ermənistan əmin olsun ki, onun Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir.
Ermənistan hər zaman havadarlarına güvənib
Ermənistan tərəfindən törədilən son hadisə ilə xəyalən 90-cı illərə gedib o zamandan bu günə kimi nadan qonşumuzun havadarlarının dəstəyi ilə törətdikləri hadisələri xatırlayıram. Bütün bunların fonunda isə belə bir qənaətə gəlmək olar ki, Ermənistan əslində havdarları olmadan heç nədir.
Dövlətlər var ki, dünyada baş verən hadisələrə əsasən qızışdırıcı mövqedə dayanır. Məqam yetişən kimi iki dövləti bir-birinə qarşı qoymaqla, əslində, öz məqsədinə xidmət edir. Onların qızışdırıb ortalığa saldığı, xalqının qırğınına səbəb olduğu, səfalət içərisində yaşamasına rəvac verdiyi dövlətlərdən biri də Ermənistandır. Necə ki, 90-cı illərdə qızışdırılıb meydana salınmışdı, eləcə də indi. Amerika və Fransının, Avropa Birliyinin Azərbaycanla son münasibətləri fonunda müharibədən böyük itkilərlə çıxmış, iqtisadi cəhətdən böhran yaşayan Ermənistanın varlığının yenidən hiss olunması bax bu havadarların dəstəyi ilədir. Bu ədaləti görməyə gözü olmayan dövlətlərin xislətini isə birinci dəfə deyil ki, görürük.
Bunlar həmin dövlətlərdir ki, ölkəmizin rəhbəri 2020-ci ilə qədər dəfələrlə onlardan Azərbaycan həqiqətlərini tanımağı tələb etmişdi. Həmin beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinin həllinə çağırmışdı. Həm də sülh yolu ilə. Lakin nədənsə onlardan heç vaxt bir addım görmədik. İlləri yola verə-verə susdular. Bundan istifadə edən ermənilər isə yeni torpaqların işğalı xülyasına düşdülər. Belə olan təqdirdə isə ölkəmizin başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin 2020-ci il sentyabr ayının 27-də erməni vəhşiliyinə son qoymaq əmri ilə İkinci Vətən Müharibəsi başlandı.
Dünya Azərbaycanın gücünə şahiddir
Bu müharibə Azərbaycanı yenidən dünyaya tanıtdı. Dünya xalqımızın timsalında vətənpərvərliyə, həmrəyliyə, birliyə şahid oldu. Ötən 20 ilə qədər dövrdə gənclərin vətənpərvər ruhda böyüməsinə, onların torpaq üçün canlarından keçməyə hər an hazır olduqlarına, hər bir vətəndaşın Ali Baş Komandanın əmrini səbrsizliklə gözlədiyinə şahid oldu. Şahid oldu ki, ermənilər həqiqətən çox vəhşi, tamahkar, acgöz millətdir.
27 sentyabrdan 10 noyabradək 44 gün ərzində yüzlərlə şəhid, qazimizə, evi-eşiyi dağıdılan dinc sakinlərə, öldürülən günahsız körpələrə şahid oldu dünya. Bir-birinin ardınca işğaldan azad edilən torpaqlarımızdan çəkilən videolent vasitəsilə ermənilərin vandallığına, torpaqlarımızda daşı daş üstündə qoymadıqlarına, məscidlərimizə etdikləri hörmətsizliyə, tarixi abidələrimizi məhv etdiklərinə şahid oldu. Bütün bunlar öz-özlüyündə təsdiq etdi ki, bu torpaqlar Azərbaycana məxsusdur, erməni öz torpağında bu qədər vəhşiliyi heç bir zaman törətməzdi.
Azərbaycan düşməni diz çökdürdü
Birinci Vətən Müharibəsində havadarlarının dəstəyi ilə özlərini güclü dövlət kimi qələmə vermələrinin bu müharibə zamanı tamamilə xülya olduğu öz təsdiqini tapdı. Düşmən erməninin torpaqlarımızdan bir xəstəlik kimi kökü kəsildi. Onlar biabırçı vəziyyətə düşdülər. Çirkinliyin bütün növlərindən istifadə etsələr də, döyüşmək üçün gəncləri zorla maşınlara yığıb cəbhəyə gətirsələr də, döyüşə yaşlı insanları və qadınları cəlb etsələr də, Milli Ordumuzun gücü, torpaq aşiqi oğullarımız qarşısında tab gətirə bilmədilər. Çünki bizim qəhrəmanlığımıza Vətən sevgisi qarışmışdı. Çünki Azərbaycan xalqı mentaliteti, qədim köklərə malik ənənələri olan xalqdır. Torpaq bu xalq üçün namus, şərəfdir. Biz 2020-ci ilin 44 günündə namusumuzu, şərəfimizi xilas etdik. Qarabağı 30 illik işğaldan azad edid həsrətində olduğu anasının qucağına-Azərbaycana verdik. 44 gün bir qərinəyədək hicranın vüsal günü oldu.
Müharibənin Zəfərlə başa çatmasında hər kəsin əməyi oldu. Bu ölkənin həkimi, müəllimi, jurnalisti, tələbəsi, yeniyetmə-gənci-hər kəs Azərbaycanın qələbəsi üçün çalışdı, haqq səsimizi dünyaya çatdırdı. Kütləvi informasiya vasitələrinin müharibə dövründə də, postmüharibə dövründə də fəaliyyəti Zəfərimiz qədər möhtəşəm oldu. Cəbhəyə yollanan jurnalistlərimizin süjetləri, yazıları, videokadrları dünyaya yayıldıqca, bununla bir vaxtlar Qarabağın azadlığına susanların gözlərinə dağ çəkildi. Mətbuatımız İkinci Vətən Müharibəsinin tarixini salnamələşdirdi. Elə bir salnamə ki, bu gün istənilən hadisənin tarixi ardıcıllığını asanlıqla əldə edib, məlumatlanmaq mümkündür. Bu salnamələr həmçinin də yetişməkdə olan gənc nəslin tərbiyəsində mühüm rol oynayır. Çünki mətbuat ən təsirli təbliğat-təşviqat vasitəsidir. Gün ərzində televiziya, radiqo, sosial şəbəkələr vasitəsilə informasiya alan yeniyetmə-gənclər şəhid əsgər və qazilərimizin Qarabağda göstərdikləri şücaətərlə tanış olur, qürur duyur və öz həyatlarını da bu milli-mənəvi dəyərlər üzərində qururlar.
Biz qisası bu gün alırıq, qiyamətə saxlamırıq
Həmçinin şanlı zəfəri, düşmən üzərində qələbəsidir. Yüz illər bundan sonra da XXI əsrin Azərbaycanının qürurla anacağımız tarixidir. Həm Birinci, həm də İkinci Vətən müharibələrində həyatlarını itirən dinc sakinlərin, şəhid və qazilərimizin qisasıdır. Azərbaycanın qədim dövləti Səfəvilərdən sonra torpağın azad olunması üçün edilən ilk mücadilə, ərazi bütövlüyümüz, tamlığımızdır.
Bu gün Qarabağın üzü gülür, o, qara libasını çıxarıb, al-əlvan donunu əyninə alıb. Qarabağ yenidən qurulur. Qurulur ki, ata-baba torpaqlarından zorla didərgin salınan, 30 il məcburi köçkün, qaçqın statusu ilə yaşayan minlərlə insan doğma yurd-yuvasına qayıtsın. Artıq Böyük Qayıdış başlayıb. Artıq yüzlərlə soydaşımız ata-baba torpaqlarımıza, doğma yurduna qayıdıb. Qarşıdakı illərdə isə onların hər biri qayıdacaq.
Düşmən bunları görür və gördükcə də gözünə dağ çəkilir. Təxribata əl atır, xalqın xoş əhval-ruhiyyəsini pozmağa çalışır. Lakin unutmasın ki, hər bir addımına milli ordumuz bir addım ilə qarşılıq verəcək. Biz qisası bu gün alırıq, qiyamətə saxlamırıq.
Mətanət Məmmədova