PDF Oxu

Siyasət

  • 3 326

"Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə zəfərdən-zəfərə irəliləyəcək" - ŞƏRH EDİLDİ

"Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə zəfərdən-zəfərə irəliləyəcək" - ŞƏRH EDİLDİ

"Prezident seçkiləri ilə Azərbaycan cəmiyyəti öz tarixinin bir mərhələsinə yekun vurdu və yeni dövrün əsasını qoydu. Bütün ölkə ərazisində keçirilən bu Zəfər seçkilərində Azərbaycan növbəti 7 il ərzində keçəcəyi yolu müəyyənləşdirdi. Seçicilər doğru seçim edərək Azərbaycanı layiqincə təmsil edən, ərazi bütövlüyümüzü təmin edən cənab İlham Əliyevə dövlət başçısı mandatı verdi. Prezident İlham Əliyev öz siyasətinin əsas prinsiplərini açıqlayacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. "Fikrimcə, bu, dövlətçiliyimizin möhkəmləndirilməsi, ordu quruculuğuna böyük diqqət yetirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin mümkün qədər tez bir müddətdə dədə-baba torpaqlarına qayıtması, regionların sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin açılması, sahibkarlığın, mədəniyyətin, incəsənətin inkişafına dövlət tərəfindən dəstəyin verilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması və bu kimi məsələlər olacaq. Ötən müddət ərzində dövlət başçısı apardığı siyasətlə bütün bu istiqamətlərdə böyük uğurlara nail olub. Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara, qələbələrə imza atacaq",- deyə o əlavə edib.

Ləman Sərraf

Digər xəbərlər