PDF Oxu

Siyasət

  • 1 988

"Azərbaycanın bu sahəyə ciddi töhfə vermək potensialı varr" - ŞƏRH EDİLDİ

"Azərbaycanın bu sahəyə ciddi töhfə vermək potensialı varr" - ŞƏRH EDİLDİ

"COP29-un Azərbaycana həvalə olunması ölkəmizə qarşı böyük etimadın göstəricisidir. Həm də Azərbaycanın artıq böyük tədbirlərə ev sahiblik etmək təcrübəsi var. Ötən illərdə keçirilən Avropa Oyunları, İslam Həmrəylik oyunları, Formula yarışları sübut edib ki, Azərbaycan mötəbər tədbirlərə ev sahibliyi etmək iqtidarındadır, həm də bunu yüksək səviyyədə təşkil edir. Belə səviyyəli tədbirlərin təhlükəsizlik, təhcizat və təşkilatçılığı üçün ölkəmizdə bütün infrastruktur mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov deyib. "Bu gün biz elə bir dünyada yaşayırıq ki, təəssüf ki, sivilizasiyaların ciddi toqquşmasının və ciddi siyasi fikir ayrılığının şahidi oluruq. Avropa məkanında biz bu yaxınlarda bunun şahidi olduq. Lakin elə mövzular var ki, bununla bağlı dünya dövlətləri həmrəy olmalıdır, bu da şubhəsiz ki, ətraf mühitdir. Bu tədbirə dünya dövlətlərinin liderlərinin və nümayəndələrinin qatılması bu mövzuda dialoq və anlaşma mühitinə töhfə vermiş olacaq",- deyə o əlavə edib.V.Əhmədov sözlərinə davam edərək bildirib ki, ətraf mühitin korlanması bütün bəşəriyyət üçün ciddi çağırışdır: "Azərbaycanın belə bir vacib mövzuda keçiriləcək konfransa ev sahibliyi etməsi onu göstərir ki, Azərbaycan bu sahəyə ciddi töhfə vermək potensialına malikdir. Həm də bu tədbir dünyadan gələn xarici qonaqlara ölkəmizin füsunkar təbiəti ilə tanış olmaq fürsəti yaradacaq, ilk dəfə torpaqlarımız işğaldan azad ediləndən sonra biz belə bir mötəbər tədbirə ev sahibliyi edirik. Bunun özü də ciddi bir uğurdur. Azərbaycana maraq getdikcə artır və bütün bunlar şübhəsiz ki, ölkə rəhbərliyinin apardığı uğurlu strategiyanın nəticəsində baş verir".

Ləman Sərraf

Digər xəbərlər