PDF Oxu

Siyasət

  • 2 314

Əli Kərimli trol sayını artırır ANALİZ

Əli Kərimli trol sayını artırır ANALİZ

Daxili qarşıdurmalardan xilas ola bilməyən və vaxtaşırı bir-birini ifşa edən dağıdıcı müxalif ünsürlər 7 fevral növbədənkənar prezident seçkilərindən sonra aralarında heç nə olmamış kimi birgə sayıqlamalar səsləndirirlər. Hətta əzəli düşmənlər olan AXCP sədri Əli Kərimli və Müsavat başqanı Arif Hacılı eyni internet TV-lərə çıxıb bəlli əxlaqsız və ədəbsiz davranışlar göstərirlər. Yəni, xalqa şər atır, hakimiyyətə qarşı əsassız ittihamlar səsləndirirlər. 3 gün öncə BBC-nin torunda çabalayan bu cütlük əldəqayırma kukladan başqa bir şey olmadıqlarını sərsəm fikirləri, anormal mövqeləri ilə ortaya qoydular. Əslində, bu iki ünsür müxtəlif vaxtlarda birləşdiklərini elan etsələr də, gəlinən son nəticədə tərəflər bir-birinə qarşı barışmaz mövqedə dayanan düşmənlər olduqlarını göstəriblər. Təbii ki, çox ciddi sosial baza problemi yaşadıqları və silsilə uğursuzluqların rəmzinə çevrildikləri bir vaxtda funksionerlərarası qarşıdurmanın baş verməsi vəziyyətin daha da ağırlaşmasına təkan verib. Nəticədə qarşıdurmalardan bezən sıravi üzvlər, bəzən isə kollegial orqanlarda təmsil olunan şəxslər partiyalardan istefa verirlər. Hazırkı dönəmdə isə AXCP və Müsavat eyni mövqedən çıxış etdirirlər. Bu birlik əsas reallığı əks etdirməsə də, görünən ondan ibarətdir ki, onlar eyni tezisləri səsləndirir və eyni havanı ifa edirlər. Müəyyən hallarda əllərinin altında olan trol dəstəsinin üzvlərindən istifadə etməklə şantaj xarakterli fəaliyyətlərinin miqyasını genişləndirməyə çalışırlar.

Fuad Qəhrəmanı “Milli dələduzlar” qrupunda yer aldığı üzə çıxdı

Son vaxtlar bu yöndə daha çox canfəşanlığı AXCP funksionerləri Fuad Qəhrəmanlı, Seymur Həzi, xaricdə rahat, təhlükəsiz yerdə oturub hansı maddədən hazırlandığının fərqinə varmadan nə gəldi sayıqlayan Qənimət Zahid və digərləri daha çox sırada yer alırlar. Belə baxanda F.Qəhrəmanlı bivecin və sərsəmin biri olduğundan onun şər və böhtanlarını o qədər də ciddiyə alan yoxdur. Baxmayaraq ki, F.Qəhrəmanlı bunu başa düşsə də, fəaliyyət istiqamətini dəyişmir. Əksinə, görünən ondan ibarətdir ki, sosial şəbəkələrdə kor atını minib, köndələn çapan dəlisayağı tozanaq qopartmaqdadır. Fərqində deyil söydüyü, təhqir etdiyi insan şəxs olaraq nəinki onun özündən, ümumiyyətlə biət edib, ətəyindən öpdüyün lideri Əli Kərimlidən qat-qat üstün keyfiyyətlərə malikdir. Milli dələduz adı da üstündədir. Hətta facebook-a və instaqram səhifəsinə nəzər yetirilsə, onun “Milli dələduzlar” qrupunda yer aldığı məlum olar. Həmin “Milli dələduz”ların nə işlə məşğul olduqları və hədəflərinin, məqsədlərinin də nədən ibarət olduğu hər kəsə məlumdur. Seymur Həzi adlı məxluqdan isə danışmağa dəyməz. Çünki bu məxluq anadangəlmə qüsurludur, həm də ağılında çatışmazlıqlar var. Bu baxımdan ona baş qoşub, fikirlərini çək-çevir etməyə dəyməz.

Qənimət Zahid necə oldu ki, trola çevrildi?

Qənimət Zahidə gəlincə isə, bu şəxs peşəkar jurnalist ola bilərdi. Hətta Azərbaycanın ciddi mətbu orqanlarında sıravi yazar olaraq özünü təsdiqləməyi də bacarardı. Lakin Əli Kərimli kimi dabbaqda gönünə bələd olduğumuz məxluqun qərəzli təbliğatına uyduğundan səhv yolun yolçusu oldu. Nəticədə peşəkar jurnalist olmaq istədiyi zaman dönüb Əli Kərimlinin aşağı səviyyəli troluna çevrildi. “Azadlıq” qəzetinin baş redaktoru olarkən “Palmalı”da Azərlə başına gətirilən olaydan sonra, necə deyərlər, Qənimət Zahid cərgədən çıxmış sayıldı. Rüsvayçı təqibin onu qarabaqara izləməsindən narahat olduğundan, nəhayət, Q.Zahid xaricə üz tutmalı oldu. Gözləmək olardı ki, orada əlinin qabarına söykənməklə özünə yaşayış quracaq. Lakin Əli Kərimli digər ətrafında olanlar kimi Q.Zahidi də halallıqla çörək qazanmasına imkan vermədi. Nəhayətdə Q.Zahid tora düşüb, Azərbaycanın dövlət maraqlarına ləkə yaxanlardan oldu. İndi də peşəsinə boyun əyən Q.Zahid demək olar ki, hər gün xalqını sevən, dövlətinə bağlı olan Azərbaycan vətəndaşlarını təhqir edir, onlar haqqında özünün belə inanmadığı yalanlar uydurub, səsləndirir. Q.Zahidin seriyalı yalanları xronologiyasında 7 fevral növbədənkənar prezident seçkiləri barədə bərbəzəkli sayıqlamalarının sayı daha çoxdur. Ziddiyyətli, bir-birini təkzib edən fikirlərindən, rəylərindən belə anlaşılır ki, Q.Zahidin 7 fevral seçkiləri ilə bağlı dolğun məlumatı yoxdur. Ümumiyyətlə, ölkəmizdə baş verən hadisələrdən, xüsusilə milli məsələlərdən Q.Zahid xəbərsizdir. Sadəcə, ona kim, necə təlimat verirsə, onu da səsləndirir. Bu isə rüsvayçı haldı. Bu yerdə deyiblər, harada idin, hara endin.

İLHAM ƏLİYEV

Digər xəbərlər