PDF Oxu

Siyasət

  • 1 420

“Avropa İttifaqı Azərbaycanla Türkiyə əleyhinə mənfi siyasətini davam etdirir” - ŞƏRH EDİLDİ

“Avropa İttifaqı Azərbaycanla Türkiyə əleyhinə mənfi siyasətini davam etdirir” - ŞƏRH EDİLDİ

“Bu gün Azərbaycan-Ermənistan şərti sərhədində Avropa İttifaqının mülki missiyası adı altında təxribat-provakasiya maşınının olması iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olur. Bu gün keçmiş kəşfiyyatçılardan olan bir qurumun orada olması Ermənistanın növbəti təxribatını körükləyir. Bu baxından, Avropa İttifaqının ədalət və səmimiyyət hissini itirən siyasətçiləri Azərbaycanın əleyhinə danışmaqla məşğul olurlar və hadisələri obyektiv qiymətləndirmirlər. Bu, əlbəttə ki, ənənəvi Qərb riyakarlığı və ikiüzlülüyünün göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Politoloq bildirib ki, Avropa İttifaqının mülki missiyasının mövcudluğu fonunda Ermənistanın təxribatlar törətməsi hər kəsə məlumdur: “Avropa İttifaqının yüksək rəsmi siyasətçiləri və komissarları da düşünürlər ki, bu məsələdə Ermənistana təzyiq etsələr, həmin Ermənistandakı mülki missiyanın taleyi məsələsi də onların qarşısında qaldırılar.İstənilən halda Azərbaycanla Ermənistan arasında normallaşmanın müzakirə edildiyi bir vaxtda elə bir missiyanın orada mövcudluğu ola bilməz. Həmin missiyanın özü əslində münasibətləri pisləşdirir və Avropa İttifaqı da Azərbaycanla Türkiyə əleyhinə mənfi siyasətini davam etdirir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər