PDF Oxu

Siyasət

  • 1 692

“Ölkə başçısının apardığı siyasət Azərbaycana böyük nüfuz gətirib” - DEPUTAT FİKİR BİLDİRDİ

“Ölkə başçısının apardığı siyasət Azərbaycana böyük nüfuz gətirib” - DEPUTAT FİKİR BİLDİRDİ

“Dünyanın müxtəlif ölkə rəhbərlərindən Azərbaycan Prezidentinə gələn təbriklər Azərbaycanın dünya birliyində qazandığı hörmət, cənab Prezidentin dünya siyasətindəki nüfuzundan xəbər verir. Tək ölkə rəhbərləri deyil, beynəlxalq və regional təşkilat rəhbərləri də Azərbaycan liderinə təbriklər ünvanlayırlar. Bu təbriklərdə Azərbaycanın bu gün dünyada stabilliyin, sülhün bərqərar edilməsi, əməkdaşlığın genişləndirilməsi üçün atdığı addımlara verilən yüksək dəyər öz əksini tapır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, Azərbaycan bu gün arzuolunan tərəfdaş, birgə fəaliyyət göstərmək üçün hər zaman axtarılan və qiymət verilən ölkədir: “Ölkə başçısı İlham Əliyevin apardığı siyasət Azərbaycana böyük nüfuz gətirib, ölkəmizi dünyada tanıdıb. Azərbaycanın dövlət quruculuğu, beynəlxalq birlikdə əməkdaşlıq üçün apardığı siyasət böyük rəğbət doğurur. Biz fəxr edirik ki, belə bir ölkədə yaşayırıq.Azərbaycan dövlət başçısının dünənki çıxışı göstərdi ki, Azərbaycan bundan sonra da dünya birliyində öz nüfuzunu artırmağa çalışacaq. Ölkə rəhbəri Türk Dünyasına verdiyi yüksək qiymət böyük əks-səda doğurdu. Cənab Prezident İlham Əliyevin apardığı siyasət ölkəmizin milli maraqlarına cavab verir, Azərbaycanın problemlərini həll edir və daha da qüdrətləndirir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər