PDF Oxu

Siyasət

  • 1 112

Xankəndidə Qarabağ Universiteti TƏHLİL

Xankəndidə Qarabağ Universiteti TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər seçkilərində qazandığı qələbədən sonra növbəti Prezidentliyi dövründə ilk imzaladığı sərəncamlarından bir də "Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında" oldu. Sərəncama əsasən, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10,0 (on) milyon manat ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Bildiyimiz kimi, Prezident İlham Əliyev "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncam imzalamışdır. Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir.
Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

YÜKSƏKİXTİSASLI KADRLARA YARANMIŞ ZƏRURƏT

Xankəndi şəhərində yerləşəcək Qarabağ Universitetinin nizamnaməsinə əsasən, təhsil ocağının fəaliyyət istiqamətləri belə müəyyənləşdirilib: Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması; magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrı-ayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi; doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi; orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi; elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması. Əlbəttə ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb.İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. Əlbəttə ki, infrastrüktur layihələrin həmin ərazilərdə həyata keçirilməsi xüsusi önəm daşıyır. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər görülər. İşğaldan azad olunan müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanıldı. Enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və lazımı həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Eyni zamanda, ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər və mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilmişdir. Təhsil, səhiyyə və sosial xidmətlərin qabaqcıl standartlara uyğun təmin olunması, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, "Ağıllı şəhər", "Ağıllı kənd" və "Yaşıl enerji zonası" konsepsiyalarının tətbiqi müəyyənləşdirilmiş hədəflər sırasındadır. "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitini təmin edir. Bütün görüləcək işlərin əsasında işğaldan azad olunan ərazilərimizi qısa bir zamanda müasir və inkişaf etmiş bir məkana çevriləcəkdir.Vətən müharibəsinin yaratdığı ən mühüm imkanlardan biri kimi regionda modern universitet modeli bənzərsiz nümunədir. Qarabağ Universiteti Azərbaycanın rəqəmsal transformasiyasını təmin edəcək insan kapitalını formalaşdıracaq ali təhsil müəssisəsi kimi həyatımıza daxil olacaqdır.


Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər