PDF Oxu

Siyasət

  • 1 881

"Azərbaycan COP29 tədbirində də uğur qazanacaqdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan COP29 tədbirində də uğur qazanacaqdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"COP29 bütün dünya ölkələri tərəfindən ətraf mühitin qorunması, yeni iqtisadi tendensiyalar və sosial-iqtisadi inkişaf nəticəsində ətraf mühitə zərərli təsirlərin aradan qaldırılması, yeni yanaşmalar və atılan addımlar nəticəsində dünyamızın "Yaşıl planet" imicinin qorunması, "Yaşıl planet" düşüncəsindən irəli gələrək yaşıl enerji, yaşıl iqtisadiyyat, yaşıl yaşayış məskənləri prinsiplərinin işlənilməsi və dünyamızı gələcək nəsillər üçün qorunan bir halda saxlamağımız üçün atılan addımların dünya səviyyəsində, qlobal miqyasda müzakirə olunduğu platformadır". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Məmmədli deyib.Onun sözlərinə görə, biz sonuncu tədbirlərə diqqət yetirdikdə COP29-un təkcə ekoloji problemlərin müzakirəsi yox, xüsusən dünyanın aparıcı ölkələrinin gələcək siyasi-iqtisadi prosesləri idarə etməsində atacağı addımların müzakirə olunaraq razılaşdırıldığı platforma olduğunu görürük: "Bu baxımdan bizim ölkəmizdə COP29-un keçirilməsini son müstəqillik dövrümüzün beynəlxalq arenada təbliği, təmsil olunması baxımından ən mühüm hadisələrdən biri kimi hesab etmək olar. Təxminən 80 və 100 minə qədər iştirakçının, parlament assambleyalarının,hökumət və qeyri-hökumət, ekoloji təşkilatların bu prosesdə olması çox önəmlidir. Azərbaycanın həm ev sahibliyi etməsi, özünü təqdim etməsi, həm də dünya ölkələri ilə ikitərəfli və beynəlxalq platformada qarşılıqlı müzakirələrin aparılmasının ölkəmizin gələcək inkişafını stimullaşdıran amil olduğunu görəcəyik.Bundan başqa turizm sektorumuza əlavə təkan verəcəkdir. Biz bu qədər nümayəndə heyətinin qarşılanması üçün indidən geniş tədbirlər həyata keçiririk. Ölkəmizin, xüsusən də, Abşeron yarımadasında turizm potensialının gələcək qonaqlara nümayiş etdirilməsi baxımından da çox önəmli olacaqdır"."Bu prosesdə müvafiq olaraq ölkəmizin bütün imkanlarının səfərbər olunması, qarşılıqlı əlaqənin təmin olunması üçün Cənab Prezident tərəfindən sərəncam imzalanmışdır. Müvafiq şəxslərə, müvafiq istiqamətdə tapşırıqlar verilmişdir. Bu istiqamətdə də aktiv iş gedir. Bu aktiv işin nəticəsində Azərbaycan digər beynəlxalq tədbirlər keçirərkən qazandığı uğuru, biz inanırıq ki, COP29-da da qazanacaqdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər