PDF Oxu

Siyasət

  • 2 575

Əli Kərimli Nurəddin Məmmədlini yeni simada gündəmə gətirir ANALİZ

Əli Kərimli Nurəddin Məmmədlini yeni simada gündəmə gətirir ANALİZ

Çox vaxt o fikir səslənir ki, “düşmən öz içimizdədir”. Bu gün dağıdıcı müxalifətin ölkəmizin milli və dövlətçilik maraqlarına qarşı düşmən mövqeyindən çıxış etməsini müşahidə etdikdə, həqiqətən də, düşmən öz içimizdədir - deyə söyləməmək mümkün deyil. Niyə Əli Kərimli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli, Arif Hacılı və xaricdəki antimilli ünsürlə doğulub, boya çatdıqları dövlətinə və xalqına düşmən kəsiliblər? Pul və mənəvi dəstək bir o qədər vacib və şirindir? Təəssüf ki, kimlər üçünsə dünya malı keçəri, kimlər üçünsə şirindir. Dağıdıcı müxalifət üçün ikinci həyati əhəmiyyət daşıyır. Çarpışmalar, qarayaxmalar, boşboğazlıqlar yalnız və yalınız xarici maraqlı dairələrdən daha çox maliyyə vəsaiti əldə etməkdir. O dərəcədə pula aludə olublar ki, torpaqlarımızın işğaldan azad edilməsinə qısqanclıqla yanaşdılar. Xankəndidə bayrağımızın ucaldılmasına, paradın keçirilməsinə və nəhayət, 7 fevral növbədənkənar prezident seçkilərində səsvermənin keçirilməsinə kölgə salmaq üçün hər cür çirkin vasitə və üsullardan istifadə etdilər. Hətta xalqın qələbə sevincinə kölgə salmaqdan çəkinmirlər. Əli Kərimli sosial şəbəkə hesabında paylaşdığı statusunda yazır ki, “Qarabağı işğaldan azad etmişik deyə, məqsəd və niyyətimizdən əl çəkməli, üzləşdiyimiz problemləri qabartmamalıyıq?”. Bu statusu ilə Ə.Kərimli xalqın qələbə sevincini həzm edə bilmədiyini nümayiş etdirir. Həm də təsdiq edir ki, o, xalqla həmfikir ola bilməz, onun həyat mənbəyi xaricdəki ağalarıdır.

Nurəddin Məmmədli kordan, keçəldən fərqlənmədiyini nümayiş etdirir

Dağıdıcı müxalifət düşərgəsində vəziyyət o həddə çatıb ki, hər kəs yaşına-başına baxmadan trolluq edir. Yazı yaza bilməyən, sosial şəbəkələrdə paylaşım etməyi bacarmayanlar dostlarının, tanışlarının bilik və bacarıqları hesabına Əli Kərimlinin qrupda yazdığı tezisləri paylaşırlar. Bu cür plagiatlıqlarına, özlərinin deyil, başqalarının başmağını geyinib, şellənməyə çalışmalarına görə qınaq obyekti olublar, ittihamlara məruz qalıblar, yenə də əməllərindən əl çəkməyiblər. Dəfələrlə ünsürlər buna görə bir-birini ifşa da ediblər. ABŞ-da yaşayıb, dövlət departamentinin qaranlıq niyyətli, qara adamların, qara fikir böyük həvəslə yayan Sevinc Osmanqızı ötən həftə TV verilişlərinin birində Nurəddin Məmmədli ilə Fuad Qəhrəmanlını buynuzuna alıb, onları o ki var qınamışdı. Demişdi ki, F.Qəhrəmanlı və Nurəddin Məmmədli başqalarının yazdığı məqalələri öz adlarından sosial şəbəkələrdə yayırlar. Əslində, S.Osmanqızı bu məsələdə haradasa haqlıdır. Düzdür, aralarından pişik keçdiyi üçün hazırda tərəflər bir-birini daşlayırlar. Lakin kimin haqlı, kimin haqsız olduğu belə məqamda üzə çıxır. Məlum olan isə ondan ibarətdir ki, Nurəddin Məmmədli iki dəfə Azərbaycan professoru olmasına baxmayaq qandığı qrafa, dərk etdiyi məsələ yoxdur. O gün N.Məmmədlinin səhifəsindən paylaşılan statusda qeyd olunur ki, guya Ermənistanda revanşistlərin fəallaşması Azərbaycan üçün təhlükə yarada bilər. Bu biçarə anlamır ki, revanşistlərin və digər hayların fəallaşması nəyi dəyişəcək? “Sirkə nə qədər tünd olsa, öz qabını çatladar” deyiblər. Nə qədər Ermənistandakı tör-töküntülər təxribatlara meyil göstərəcəklərsə, bir o qədər itkilərə məruz qalacaqlar. Necə ki, 2024-cü ilin fevralın 12-də sərhədçimizi yaralamalarının qarşılığında 6 nəfər erməni məhv edildi, 3 nəfər erməni isə yaralandı.

AXCP-də hər kəs peşəkar trol olmağa can atır

Nurəddin Məmmədlinin səhifəsindən paylaşılan beş-altı cümləlik statusunda iqtisadi, siyasi, hərbi və digər mələlərə münasibətlər bildirilib, təbii ki, tənqid edilməklə: “Azərbaycana geniş sanksiyaların tətbiq olunması mümkündür. Təəssüf ki, bütün bunların fonunda ölkəni gözləyən total böhrandan qurtarmaq üçün hökumətin kifayət qədər nə ehtiyat resursları, nə də real plan və proqramları yoxdur. Ermənistanda revanşist meyillər getdikcə güclənir. Ermənistanın Qərb dünyası və digər güclü dövlətlərlə əməkdaşlığı genişlənir, ordunun müasir silahlarla təminatı dərinləşir. Ermənistanın Avropa İttifaqı ilə strateji əməkdaşlıq, o cümlədən, viza rejiminin sadələşdirilməsi üçün danışıqlara başlayacaqları barədə məlumatlar paylaşılır. Məsələnin ən təhlükəli cəhətlərindən biri də Rusiyanın yenidən Ermənistanı müasir silahlarla təmin etməsi və ənənəvi tarixi əlaqələrin bərpası üçün səylərin artırılmasıdır. Bütün bunlar ölkəmizin yaxın gələcəkdə qarşılaşa biləcəyi reallıqlardır”.

Göründüyü kimi, N.Məmmədlinin statusunu oxuyarkən göz önünə bu paylaşımı edənin ağıldan kəm, qoldan əzələli nataraz adam gəlir. Çünki düz-əməlli ağlı olan şəxs bu cür ifadələrdən qaçar və sayıqlamanın ona heç də başucalığı gətirməyəcəyini anlayar. Ancaq görünən ondan ibarətdir ki, N.Məmmədli özünü ağıldan kəm, nataraz məxluq kimi təqdim edir. Başa düşmür ki, Azərbaycan elə bir gücə, qüdrətə malik dövlətə çevrilib ki, hər hansı bir qətnamə və ya sanksiya ilə onu qarşıya qoyduğu məqsədlərindən döndərə bilməz. İkincisi isə, N.Məmmədli Almaniya nasist partiyasının fəal üzvü Frank Şveberin təklifi ilə Azərbaycanın AŞPA-da səsvermə hüququndan məhrum olunmasını nəzərdə tutursa, bu qətnamə kağız parçasından başqa bir şey deyil. Artıq özləri də bunun fərqinə varmağa başlayıblar. AŞPA rəhbərliyi tez-tez Azərbaycanla əlaqə saxlayıb, münasibətləri itiləşdirməyə çalışır. Bu baxımdan, problem aradan qaldırılacaq, söz yox ki, Frank Şveber və digərləri öz qaba hərəkətlərinə görə Azərbaycandan üzr istədikləri halda.

İLHAM ƏLİYEV

Digər xəbərlər