PDF Oxu

Siyasət

  • 2 534

İranla Ermənistan arasında növbəti saziş

İranla Ermənistan arasında növbəti saziş

İran və Ermənistan Hökumətlərarası Birgə İqtisadi Komissiyanın 18-ci iclası çərçivəsində iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıblar. "Səs" qəzeti xəbər verir ki, bu gün səhər İranın paytaxtında İranın Plan və Büdcə Təşkilatının rəhbəri Davud Mənzur və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın iştirakı ilə 18-ci Ermənistan-İran hökumətlərarası komissiyasının bağlanış mərasimi keçirilib.

Sənədə 19 istiqamət üzrə iqtisadi əməkdaşlığa dair 21 bənd daxildir. İran prezidenti İbrahim Rəisi Qriqoryanla görüşdə İrəvan və Bakı arasında sülh danışıqlarını dəstəklədiyini bildirib və Tehranın bu baxımdan İranın “qırmızı xətlərini” nəzərə alaraq Qafqaz regionunun strateji təhlükəsizliyini təmin etməyə hazır olduğunu vurğulayıb: “Biz problemlərin həlli bəhanəsi ilə bölgədə əcnəbilərin olması ilə razılaşmırıq və inanırıq ki, onların mövcudluğu nəinki problemi həll etməyəcək, hətta region xalqları və hökumətləri üçün daha böyük problemə çevriləcək".

İranın Ermənistandakı səfiri Mehdi Sobhani fevralın 6-da “Ermənistana regionda sülh və sabitliyin bərqərar olmasına töhfə verəcək istənilən yardımı göstərməyə” hazır olduğunu bəyan edib. O vurğulayıb ki, Tehran sərhədlərin dəyişdirilməsinə və regionda geosiyasi dəyişikliklərə qarşıdır və kommunikasiyaların bağlanması halında yollar bu ölkənin suverenliyi altında olmalıdır.

"İran regionda xarici qüvvələrin mövcudluğuna qarşı çıxır və hesab edir ki, onlar nəinki vəziyyəti həll etmir, hətta daha böyük problemdir". Bunu İran prezidenti İbrahim Rəisi deyib. İran liderinin sözlərinə görə, Tehranla İrəvan arasında münasibətlər tarixi, dostluq və konstruktiv xarakter daşıyır. Raisi İranın Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin qorunmasında rolunu qeyd edib, İrəvan və Bakı arasında sülh danışıqlarına dəstəyini xatırladıb və Tehran üçün qırmızı xətləri bir daha qeyd edib.

VƏLİ

Digər xəbərlər