PDF Oxu

Siyasət

  • 2 090

"Azərbaycana şər-böhtan yağdırmaq erməninin qanındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycana şər-böhtan yağdırmaq erməninin qanındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ermənistanın BM-dəki nümayəndəsi Mher Margaryanın "Azərbaycanın beynəlxalq hüquqa riayət etməyə niyyəti yoxdur" deməsi növbəti sayıqlıqdır. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.Deputat bildirib ki, 30 il Azərbaycanın torpaqlarını işğal altında saxlayan və 1 milyon azərbaycanlının təməl hüquqlarını tapdalayaraq soyqırımlar törədən Ermənistanın beynəlxalq hüquqdan danışmağa haqqı yoxdur və gülməlidir: "Azərbaycanın bütün addımları beynəlxalq hüquqa söykənmişdir və ona görə ermənilərin və onların havadarlarının ünvanımıza dedikləri sərsəm böhtanlar ölkəmizə yapışmır. Ermənistan beynəlxalq hüququn nə olduğunu bilsəydi, BMT TŞ -nın məlum 4 qətnaməsi 28 il kağız üzərində qalmazdı. Bu gün Azərbaycan öz ərazilərində suverenliyini təmin edib və bunu Mher Margaryan beynəlxalq hüququn pozulması kimi başa düşürsə onun başı işləmir deməkdir. Düzdür, onların başları özlərinin xeyrinə həmişə işləmişdir. Məntiqsiz ifadələr işlətməklə Azərbaycana qarşı şər-böhtan yağdırmaq erməninin qanındadır. Təbii ki, şər-böhtanla beynəlxalq hüquqa dəyər vermək mümkün deyil. Ermənistan əgər beynəlxalq hüquqa hörmət etmək istəyirsə, təklif etdiyimiz 5 baza prinsipini qəbul edib sülh müqaviləsinin imzalanmasına maraqlı olmalıdır. Təkliflərimiz də beynəlxalq hüquqa əsaslanır və ona görə dəyişilməzdir. Moher Margarayan yaxşı olardı, beynəlxalq hüququ yaxşı oxusun və öz ölkəsinin hərəkətlərinə dəyər versin".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər