PDF Oxu

Siyasət

  • 1 979

"AXCP bir tərəfdə dayanan təxribatçı dəstədir" - PARTİYA SƏDRİ BİLDİRDİ

"AXCP bir tərəfdə dayanan təxribatçı dəstədir" - PARTİYA SƏDRİ BİLDİRDİ

AXCP RH-nin üzvü Aqil Əli Məhərrəm bildirib ki, növbədənkənar seçki bitdi, indi də növbədənkənar qiymət artımları başlayır. AXCP təxribatlarda israr etməklə nə əldə etməyi düşünür? SİA mövzu ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağının fikrini öyrənib.Onun sözlərinə görə, AXCP məqamdan istifadə etməyə çalışır: “Hər bir dövlətdə qiymətlərlə bağlı siyasət yeridilir. Burada qiymətlərin artırılması, azaldılması ola, digər müəyyən dəyişikliklər edilə bilər. Bu, normal bir prosesdir. Ola bilər ki, bu zaman cəmiyyətdə populyar olmayan addımlar da atılsın”.A.Nağı bildirib ki, Azərbaycanda normal müxalifət yoxdur: “Bunlar özünü müxalifət adlandırır amma əslində, müxalifət deyillər. AXCP, sadəcə, bir tərəfdə dayanan təxribatçı dəstədir. Bu dəstə hakimiyyətə qarşı xaricdən gələn sifarişlərlə hakimiyyətə qarşı müəyyən ittihamlar səsləndirməyə, ölkə daxilində narazılıq yaratmağa çalışırlar. Ona görə də bu məsələləri Azərbaycan hakimiyyəti nəzərə almalı və maarifləndirmə işləri aparmalıdır. Çalışılmalıdır ki, onların əlinə bu cür vasitələr verilməsin. Onların bu cür açıq şəkildə hücuma keçmələrinə imkan verilməməlidir”.Partiya sədri sonda qeyd edib ki, insanlar sosial məsələlərlə bağlı, həyat tərzi ilə bağlı düşünürlər: “O cəhətdən insanları hərəkətə gətirərək müəyyən təxribatlar törətmək mümkündür. Ona görə də ölkədə bu kimi addımlar atılanda,maarifləndirmə işləri aparılmalıdır. Eyni zamanda, aparılan dəyişikliklərin yoxsul təbəqəyə qarşı təsirlərinin minimuma aparılması üçün addımlar atılmalıdır”.

Müəllif: Rəşid Qarayev

Digər xəbərlər