Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin Qarabağı tərk etməsinə görə Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin məsuliyyət daşıdığını bildirib.Ermənistan mediasının yazdığına görə, Paşinyan bu barədə Münxendə erməni diasporu ilə görüşündə bildirib.Onun əsassız iddialarına görə, 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda Rusiya Federasiyasının Ermənistan ərazisində nəyəsə nəzarət edəcəyi ilə bağlı heç bir bənd yoxdur (?)
Moskva ilə yanaşı Bakı da...
"Azərbaycan və Rusiya, əslində, bu sənədin digər məqamlarını cırıb atıblar. Bəyanatın 9-cu bəndinə istinad artıq aktual deyil, çünki Azərbaycan və Rusiya digər bəndlər üzrə öz öhdəliklərini pozublar. Digər bəndlərin işləmədiyi halda bir bəndə istinad edilməsi nə dərəcədə doğrudur? Bu gün Dağlıq Qarabağda heç bir erməninin olmaması faktı Rusiya sülhməramlı kontingentinin məsuliyyətidir, amma onların vəzifəsi Dağlıq Qarabağın erməni əhalisini qorumaq idi".Yeri gəlmişkən, onu da xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin Münxendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərin "beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddialar" kimi qiymətləndirib."Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasına gəldikdə, bunun heç bir əsasının olmadığı, məhz Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikasiya xəttlərinin açılması öhdəliyini yerinə yetirmədiyi hər kəsə yaxşı məlumdur. Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir", - deyə Ayxan Hacızadə qeyd edib.Paşinyanın bu kimi sərsəmləmələrinin arxasında onun Qərb himayədarlarının dayanması isə artıq heç bir şübhə doğurmur. Hətta Paşinyanın Ukrayna məsələsində Ermənistanın Rusiyanın müttəfiqi olmadığı fikrini də belə əsaslandırmaq olar. Beləliklə, Ermənistanın baş naziri nəinki özünü, həm də ölkəsinin varlığını böyük sual altında qoyub. Bizdən isə növbəti hadisələri gözləmək, yaxud müşahidə etmək qalır...
Afət Tahirqızı