PDF Oxu

Siyasət

  • 1 905

"ATƏT-in Minsk Qrupu artıq tarixin arxivinə göndərilməlidir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"ATƏT-in Minsk Qrupu artıq tarixin arxivinə göndərilməlidir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini işğal etdiyi dövrdə Birləşmiş Millətlər Təşkilatı, yəni BMT-nin 4 qətnaməsi var idi". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev deyib.Politoloq bildirib ki, bu qrup Ermənistanı işğalçı dövlət kimi tanıdı: "BMT-nin 4 qətnaməsinin icrası üçün ATƏT-in Minsk qrupu yaradıldı. Bu Minsk qrupu Azərbaycan-Ermənistan arasında olan konfliktin sülh yolu ilə həlli öhdəliyini götürdü. Təəssüflər olsun ki, 30 ilə yaxın idi ki, ATƏT-in Minsk qrupu BMT-nin 4 qətnaməsinin icrası əvəzinə Azərbaycana təzyiq edirdi ki, erməni silahlı qüvvələrinin Azərbaycan ərazisini işğal etməsinə dolayısı ilə bəraət qazandırsın. Yəni silahlı reallıqlarla barışmaq kimi avantürist təkliflər verirdi. Təbii ki, ATƏT-in bu təklifi Azərbaycan xalqı, dövləti tərəfindən qəbuledilməz idi. Bu baxımdan uzun müddət bu münaqişə uzandı. Artıq münaqişənin dinc, sülh yolu ilə həll olunmazlığı göründükdən sonra Azərbaycan dövləti məcbur oldu ki, erməni silahlı qüvvələrinə qarşı əməliyyat tətbiq edilsin, ərazilərimiz işğaldan azad edilsin. 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımız işğaldan azad edildi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tamamilə bərpa etdi"."Avropa təşkilatlarının Azərbaycana qarşı sonrakı və indiki mərhələlərdə də qərəzli olduğunu görmüşük. İstər AŞPA-da, Avropa Şurasının və ümumilikdə Avropanın müvafiq strukturları, təşkilatları Azərbaycana qarşı qərəzli davranışları ilə özlərini göstərməkdədir. Bu yaxınlarda Azərbaycan Prezidenti ATƏT-in rəhbərliyi ilə görüşündə də açıq şəkildə dövlətimizin mövqeyini həmin təşkilatın rəhbərliklərinə göstərdi. Xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edən zaman da belə bir ifadə işlətmişdi ki, biz sizi dəvət etməmişik, gəlmisinizsə, dinləyə bilərik. Bu o deməkdir ki, ATƏT-in Minsk qrupunun təkliflərinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. ATƏT-in Minsk qrupu artıq tarixin arxivinə göndərilməlidir. Çünki Azərbaycan öz ərazisini işğaldan azad edib, Azərbaycanda Qarabağ problemi kimi problem yoxdur.Artıq Azərbaycan-Ermənistan arasında böyük sülhün əldə edilməsi regionun inkişafı və təhlükəsizliyi üçün vacib məsələdir. Bu gün Avropa təşkilatları yenə də bu münaqişəni körükləməklə məşğuldurlar. Avropa təşkilatları və aparıcı dövlət olan Fransa da son vaxtlar Ermənistanı yenidən qızışdırır və onlara maliyyə, siyasi, hərbi dəstək verir. Bu cür proseslər bir daha onu göstərir ki, Avropa Təşkilatları yenidən Cənubi Qafqazda Azərbaycan-Ermənistan münaqişəsinin həllində maraqlı deyillər. Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması üçün vasitəçi olmadan aparılmasını daha məqsədəuyğundur hesab edirik" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər