PDF Oxu

Siyasət

  • 1 831

Antimilli ünsürlər Əli Kərimliyə qarşı birləşirlər ANALİZ

Antimilli ünsürlər Əli Kərimliyə qarşı birləşirlər ANALİZ

Xarici maraqlı dairələrlə iş birliyində olduqları mövcud faktlarla sübuta yetirilən dağıdıcı müxalifət ənənəvi təmsilçiliyindən imtina etmək fikrində deyil. Əksinə, daha çox maddi və mənəvi dəstək qazanmaq üçün fəaliyyətini bir qədər də gücləndirir. Yəni, hər vəchlə çalışır ki, xaricdən verilən tapşırıqları səhvlərə yol vermədən, düzəlişlər etmədən həyata keçirsin. İstəklərinə nail ola bilməsələr də, cəhdlərindən də əl çəkmirlər. Uğursuzluğa düçar olmalarına görə isə bir-birini günahlandırırlar. Bu səbəbdən də dağıdıcı düşərgədə ciddi ixtilaflar yaşanır. Hazırda ən çox ittiham edən də, ittiham olunan da məhz AXCP və Müsavat partiyaları və onların başında duranlardır. Əslində, müxtəlif vaxtlarda birləşdiklərini elan etsələr də, gəlinən son nəticə də Əli Kərimli ilə Müsavat başqanı Arif Hacılı bir-birinə qarşı barışmaz mövqedə dayanan düşmənlər olduqlarını göstəriblər. 7 fevral prezident seçkiləri ərəfəsi və ondan sonra birlikdə hərəkət etdiklərini “bildirsələr” də, reallıqda fərqli siyasət həyata keçirir və biri digərinə zidd olan addımlar atır, açıqlamalar verirdilər. Hətta BBC Əli Kərimli ilə Arif Hacılını bir araya gətirib, 7 fevral növbədənkənar prezident seçkiləri ilə bağlı onları öz maraqlarına uyğun sayıqlamalar səsləndirməyə məcbur etsə də, bu münasibət efirdən uzağa gedə bilməmişdi. BBC-nin redaksiyasını tərk edincə tərəflər yenidən bir-birinə olan kin və kidurətlərini nümayiş etdirmişlər. Sosial şəbəkələr də qınaq xarakterli statusların paylaşılması qeyd olunanları təsdiqləyir. Bu da ondan irəli gəlir ki, vəziyyətdən asılı olmayaraq onlar rəqib olduqlarını unutmayırlar.

Antimilli ünsürlər tərəfkeşlik edirlər

Hazırkı məqamda faktlar ondan ibarətdir ki, Əli Kərimli və Arif Hacılı arasında gedən qarşıdurmada trollar da bu və digər formada iştirak edirlər. Xaricdəki antimilli ünsürlərin qarşıdurmada tərəf saxlamaları diqqətçəkən məqamlardandır. Həm də maraqlı məqam ondan ibarətdir ki, dağıdıcı müxalif düşərgədə Əli Kərimli Arif Hacılıdan üstün olsa da, ölkə xaricində ikinci birinciyə uduzmaqdadır. Ona görə də Ə.Kərimli ardıcıl olaraq xaricdəki mühacirlər tərəfindən ittiham olunur, tənqidlərə məruz qalıb. Hətta iş o yerə çatıb ki, son vaxtlara qədər Ə.Kərimlinin trollarından hesab olunan Sevinc Osmanqızı da A.Hacılının tələblərini yerinə yetirir. Yəni, ara-sıra Ə.Kərimlini tənqid etməklə A.Hacılıya öz dəstəyini nümayiş etdirir. Avropadakı antimilli ünsürlərin Ə.Kərimlini daşlamaları daha amansız xarakter daşıdığı müşahidə edilir. Səbəb də Avropada “Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzi”nin fəaliyyət göstərməsidir. Mərkəzin üzvləri mütəmadi olaraq Ə.Kərimlini müxalifətin inteqrasiyasına mane olmaqda, müxalifətə ayrılan maliyyə vəsaitlərini mənimsəmək də günahlandırırlar. Hansı ki, bu şəxslərin özləri o qədər də sağlam insanlar deyillər. Çünki bir qədər əvvəl “Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzi”nin sədrinin müavini Mehdi Xəlilbəyli, “Müsavat AKM”-in üzvləri Abdin Cavadov, Elçin Əkbərov, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayev və digərləri mühacir alveri ilə məşğul olduqları üçün Almaniya polisi tərəfindən saxlanılmışdılar. Araşdırmalar zamanı məlum olmuşdur ki, Arif Hacılının saxta partiya arayışları ilə Avropaya üz tutmuş şəbəkə Azərbaycandan olan insanları aldadaraq 3000-3500 ABŞ dolları qarşılığında onlara saxta sənədlər, arayışlar verib, Almaniyada mühacir statusu ilə yaşamalarına yardımçı olmağa çalışmışlar. Şəbəkənin dələduz fəaliyyətləri nəticəsində onlarla insanlar maddi zərərə məruz qalmışlar. Bu səbəbdən də Almaniya polisinə şikayətlər olunmuş və nəticədə sözügedən şəbəkə ifşa olunmuş və dələduzlar saxlanılmışlar. Hazırda cinayətkar şəbəkə ətrafında istintaq araşdırması aparılır.

Tural Sadıqlı: “Əli Kərimlinin intriqalara daha çox meyil etməsi müxalifəti zəiflədir”

A.Hacılının fətvası əsasında Ə.Kərimlini təhqir yarışında Tural Sadıqlı, Qabil Məmmədov, Qurban Məmmədov, Orduxan Temirxan, Arif Məmmədov və digərləri xüsusi canfəşanlıqları ilə seçilirlər. T.Sadıqlı özünün internet TV-sində bildirib ki, Ə.Kərimlinin intriqalara daha çox meyil etməsi müxalifəti zəiflədir: “Əli Kərimliyə sual edilir ki, niyə hərəkət etmirsən, susur. Sən axı partiyasan, hakimiyyətə gəlmək iddiasındasan. Deyir, yox biz Qərbi, dünyada proseslərin dəyişməsini, Putinin zəifləməsini, Qərbin Azərbaycan hakimiyyətinə sanksiya tətbiq etməsini gözləyirik. AŞPA, Avropa Parlamenti bir qətnamə qəbul edəndə sevinməyə başlayırlar ki, Prezident İlham Əliyevi devirmək yaxınlaşır. Cənab İlham Əliyev güclüdür, güclü olacaq. Avropa, Amerika deyir ki, sən pis seçki keçirirsən. Bunu onlar həmişə deyir. Avropa, Amerika İraqda etdiyini gəlib Azərbaycanda etməyəcək ki. Ordu yeritməyəcək ki. Yanvar ayında Azərbaycan ən çox nefti Avropaya, ABŞ-a satmayıb. Yəni, bir asılılığı yoxdur. Ona görə də andiçmə mərasimində açıq şəkildə dedi ki, bizim üçün önəmli ittifaq Türk dünyasıdır. Türk dünyası kimdir? Türkmənistan. Türkmənistandır da Türk dünyası, Qazaxıstandır. Ona görə sanksiya effektli deyil”.

Xatırlatmaq lazımdır ki, Tural Sadıqlı ilə Məhəmməd Mirzəli arasında pul bölgüsü üstün qarşıdurma yaşananda Əli Kərimli və əyanındakı trollar ikincini haqlı çıxartmağa çalışdılar. Hətta bir qədər də dərinə gedərək T.Sadıqlını dələduzluqda ittiham etdilər. Məhz bu pislikləri unutmayan və əlavə olaraq A.Hacılıdan göstəriş alana T.Sadıqlı Kərimlini seriyalı təhqir edir, onu qorxaqlıqda, zəiflikdə günahlandırır. Vəziyyətin gərgin formada davam edəcəyi təqdirdə xaricdəki bütün antimilli ünsürlər Ə.Kərimliyə qarşı birləşəcəklər. Bu isə Ə.Kərimlinin dayaqlarının itirilməsi və xarici qüvvələrin dəstəyindən məhrum olunmasına gətirib çıxaracaq.

İLHAM ƏLİYEV

Digər xəbərlər