PDF Oxu

Siyasət

  • 2 372

Yeni dövr başlayır ŞƏRH

Yeni dövr başlayır ŞƏRH

Prezident seçkiləri Azərbaycanın demokratiya yolu ilə inamla irəlilədiyini bir daha bütün dünyada nümayiş etdirdi. Bu siyasi hadisə əvvəlki seçkilər kimi bütün parametrləri ilə respublikamızın tarixinə şəffaf seçki kimi yazıldı.

Azad və şəffaf mühitdə səsvermə müasir sivilizasiyanın nailiyyətləri sırasında xüsusi yer tutur. Ona görə ki, xalqın iradəsinə əsaslanmadan güclü dövlət və demokratik cəmiyyət formalaşdırmaq mümkün deyil. Siyasi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda da azad seçkilərin keçirilməsinə məhz bu prizmadan baxılmış və vətəndaşlara iradələrini azad şəkildə ifadə etmələri üçün zəruri hüquqi baza yaradılmışdır.

Xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Onun üçün əsas şərt xalqını arxasınca aparmağı bacaran güclü lider amilinin olmasıdır. Xalq ona görə cənab Prezidenti sevir ki, o, ötən 20 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməyi bacarıb. O heç vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, Azərbaycan dövlətinin və xalqının milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır.

Hər kəsə məlumdur ki, bu gün ölkə və xalq olaraq əldə etdiyimiz uğurların təməlində məhz Qalib Sərkərdənin, uzaqgörən liderin gərgin əməyi dayanır. Bu əməyin nəticəsidir ki, bu gün ölkəmiz firavan, xalqımız isə xoşbəxtdir. Xoşbəxt gələcəyimizə yenidən yüksək səs çoxluğu ilə səs verən xalqımız əmindir ki, Cənab Prezidentin rəhbərliyi ilə dövlətimiz daha da güclənəcək, inkişaf edib çiçəklənəcək. Cənab Prezidentin andiçmə mərasimində dediyi kimi: “...Bir dənə də olsun addımımız situativ xarakter daşımırdı, avantüra xarakteri daşımırdı və mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var”.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının məsul əməkdaşı

Digər xəbərlər