PDF Oxu

Siyasət

  • 2 737

Əli Kərimli Tofiq Yaqublunun kölgəsinə sığınıb, sərinlənmək istəyir ANALİZ

Əli Kərimli Tofiq Yaqublunun kölgəsinə sığınıb, sərinlənmək istəyir ANALİZ

Birmənalı şəkildə demək olar ki, hazırkı məqamda dağıdıcı müxalifət özünün tənəzzül dövrünü yaşayır. Yaxın vaxtlarda AXCP, Müsavat kimi partiyaların parçalanaraq tarixin arxivinə atılması prosesi baş verəcək. Bunun real olduğunu artıq dağıdıcı ünsürlər də anlamağa başlayırlar. Ona görə də siyasətdə son çabalarını göstərir və vəziyyətdən çıxmaq üçün uğursuz cəhdlərini göstərirlər. Hətta özləri haqqında müsbət imic formalaşdırmaq və bununla da siyasi arenada ömürlərini uzatmağa cəhdlər göstərirlər. Əli Kərimli ənənəvi ampluasına uyğun olarq sosial şəbəkələrdə paylaşımlarında iddia edir ki, guya o, müxalifətin “lideridir və siyasi uğurların əldə olunması üçün partiya funksionerləri onun təklif və ideyaları ətrafında birləşməlidir”. Dağıdıcı müxalifətin boşboğaz məxluqu qismində tanınan Əli Kərimli məlum cinayət əməlinə görə həbs edilən Mili Şuranın üzvü Tofiq Yaqublu adından da manipulyasiya edir. Deyir ki, guya onun fəaliyyəti heç də Rusiya müxalifətinin funksionerlərindən olan Navalninin fəaliyyətindən geri qalımır. Ə.Kərimli bir qədər də dərinə gedərək iddia edir ki, T.Yaqublu Navalni kimi “mübariz” və “cəsarətli” şəxsdir. Təbii ki, Ə.Kərimlinin söylədikləri T.Yaqublunun qoltuğunu qarpızlamaqdan başqa bir şey deyil.

Əli Kərimlinin müqayisəsi qüsurludur

Fakt ondan ibarətdir ki, T.Yaqublunun adı siyasət dəftərində sonuncu sıradadır. İkincisi, T.Yaqublu Azərbaycan cəmiyyətində Ermənistanındakı revanşistlər kimi düşünən və fikirlərini ifadə edən şəxs olaraq tanınır. Onun “Zəngəzur dəhlizi Azərbaycanın avantürasıdır” və ya “Laçın sərhəd keçid məntəqəsinin yaradılması Azərbaycan əsilli erməni vətəndaşlarının blokadaya alınmasıdır” və bu kimi digər sayıqlamalarını ictimaiyyət qəzəb və hiddətlə xatırlayır. Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Əli Kərimlinin müqayisəsini qüsurlu hesab edir. E. Musayev Səs İnformasiya Agentliyinə açıqlamsında T. Yaqublunun Əli Kərimlinin uydurduğu qaragüruh adlandırıb: “Navalnı hara, Tofiq Yaqublu hara. İkincisi, Navalnı konkret ideologiyaya qulluq edib, Tofiq isə Əli Kərimli kimi əbləhin uydurduğu qaragüruh nağıllarına. Üçüncüsü, Tofiqkimilər Azərbaycan həbsxanalarında əməlli kef edirlər, Navalnıy isə həbsxanada hamama belə cədvəllə gedib. Dördüncüsü, Alekseyin yanında kifayət qədər insan olub, Tofiqi isə özündən və yanındakı 3-5 adamdan başqa kimsə qəbul etmir, tanımır, ciddiyə almır. Nəhayət, 5-cisi....Tofiq kimi adamlar türmədən, həbsxanadan ləzzət alırlar. Onlar üçün bu proses artıq adrenalinə çevirilib. Bilirəm, qəribə səslənir, amma görüntü belədir. Onların ətrafa, kənara yansıtdıqları, hiss etdirdikləri belədir. Qızının, ailəsinin, kürəkəninin müxtəlif səfirliklərdə çəkdirdikləri şəkillərdə verdikləri xoşbəxtlik, səadət pozalarını görəndən sonra gəldiyim nəticə belədir”.

Əli Kərimli istifadə olunacaq və sonda laımsız əşya kimi zibilliyə atılacaq

Həqiqət ondan ibarətdir ki, bu gün Əli Kərimli özünü gah siyasəyçi, gah da bloger kimi təqdim etməyə çalışsa da cəmiyyət onu maraqlı tərəflərin trolu olaraq tanıyır. Sadəcə, Ə.Kərimlinin digər trollardan fərqi ondan ibarətdir ki, xarici maraqlı dairələr birbaşa onunla işləyirlər. Yəni Ə.Kərimliyə maddi yardımlar göstərir və qarşılığında müyyən işlər tələb edirlər. Bu əməkdaşlıq çərçivəsində Ə.Kərimli hər vəchlə çalışır ki, ətrafına daha çox trol toplaya bilsin. Ədalət naminə demək olar ki, qismən də olsa, bu istiqamət də məqsədinə nail ola bilib. Məram və məqsədlərini anlamayan pul hərisi olan Fuad Qəhrəmanlı, Seymur Həzi, Tofiq Yaqublu, İlham Hüseyn,Natiq Ədilov və digərləri vaxtaşırı olaraq xor dərnəyinin banlayan üzvləri kimi Ə.Kərimlinin şər və böhtan xarakterli paylaşımlarını bəyənir və öz səhifələrində paylaşmaqla dəstəkləyirlər. Nədi-nədi Ə.Kərimli aldığı qrantdan onlara da verir. Bu isə utancvericidir. Çünki özünə hörmət etməyi bacaran şəxs kiminsə tapşırılarına boyun əyib, trolluq etməz. Görünüən isə ondan ibarətdir ki, dəstəbaşı Ə.Kərimlinin və trollarının cəhdləri uğursuzluğa düçar olur. Bunu əyani şəkildə azad və demokratik şəkildə keçirilən növbədənkənar prezident seçkiləri zamanı görmək mümkün oldu. Boykot iddiası ilə çıxış etmələrinə baxmayaq seçkdən sonar özlərini seçkiləri yaxından izləyən və seçki prosesi ilə bağlı geniş bilgilər malik məxluqlar kimi təqdim etməyə çalışdılar. Hətta “nəticləri tanımadıqları” barə də gülüş doğuran absurd iddia ilə çıxış etdilər. Hətta bu yöndə çal-çağır da etdilər. Hərəsi əlinə bir zurna alıb, nəzarətsiz zona hesab olunan sosial şəbəkələrdə pilədilər də, hazırda susublar, danışmırlar. Bu da ondan irəli gəlir ki, cəmiyyətin onları lağa qoyması, hətta fitə basmasından nəticə çıxarıblar. Düzdür, onlar ictimai rəyin iradlarından dərs götürən məxluq olmadıqlarını hər zaman nümayiş etdiriblər. lakin susmaqla, bir növ yanlış yol tutduqlarını nümayiş etdiriblər. Xüsusilə də, əksər cəbhəçilərin Ə.Kərimlinin boykot qərarını qınamaları AXCP daxilində ciddi çalxalanmalar yaradıb ki, bu da Ə.Kərimlinin onusuz da ağır olan vəziyyətininin daha da pisləşməsinə təsir edən amillərdən hesab edilir. Nəzərə almaq lazımdır ki, fəal trol Fuad Qəhrəmanlı AXCP-nin 7 fevral prezident seçkisinin boykot qərarını tənqid edənləri partiyadan xaric etməklə hədələmişdi: “Seçkilərin boykot edilməsi qərarı verəndə bunun səhv olduğunu deyib partiyaya qarşı əks təbliğat kampaniyasına başlayanlar oldu. Hamının tanıdığı bu adamlar bir ağızdan "seçkiyə qatılıb mütləq nəsə etmək lazımdır "deyirdilər. Biz isə növbəti dəfə onlara qatığın ağ olduğunu sübut etməli olurduq və buna baxmayaraq qarşı tərəf də hazırkı şərtlərdə seçkidə iştirak yolu ilə " nəsə etməyin " mümkün olmadığı həqiqəti ilə heç cür razılaşmaq istəmirdi. İdda olunurdu ki, hətta bu şərtlərdə belə seçkiyə gedib nəsə etmək olar, əgər edilmirsə demək ki, müxalifət ya səhv edir, ya da ki, hansısa müəmmalı səbəbdən özü bunu istəmir”.

Bir sözlə, dağıdıcı müxalifət düşərgəsində baş verən ağır və acınacaqlı proseslər onu deməyə əsas verir ki. yaxın vaxtlar da ən azı Milli Şura fəaliyyətini dayandırdığını elan edəcək. Nəzərə almaq lazımdır ki, ruh düşgünlüyü yaşayan Cəmil Həsənli Milli Şura sədrliyindən getməyə hazırlaşdığını bəyan etmişdi. Bu mesaj birbaşa elə Milli Şuranın buraxılacağına eyhamdır. Çünki inandırıcı deyil ki, C.Həsənlinin istefasından sonra kimsə bünövrəsi olmayan qəzalı qurumun sədrliyinə iddia etsin.

İLHAM ƏLİYEV

Digər xəbərlər