PDF Oxu

Siyasət

  • 1 567

Qərb Paşinyanı belə ələ alıb - ŞƏRH

Qərb Paşinyanı belə ələ alıb - ŞƏRH

Ermənistan baş naziri Rusiya ilə münasibətləri kökündən pozmağa hazırlaşır - havadarlarının sifarişi və dəstəyi ilə

Ermənistanın Rusiya ilə münasibətləri pozulmaqla davam edir. Baş nazir Nikol Paşinyanın Münxendə səsləndirdiyi fikirləri isə vəziyyəti daha da gərginləşdirib.

Peskov Ermənistan rəhbərliyini yola gəlməyə məcbur edildiyini dolayısı ilə bəyan edib

Hətta Kreml rəsmisi Dmitri Peskovun məlum bəyanatı da belə deməyə əsas verir ki, artıq ox yaydan çıxıb.

Xatırladaq ki, Peskov Ermənistan rəhbərliyini yola gəlməyə məcbur edildiyini dolayısı ilə bəyan edib.

Bu arada, Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, Nikol Paşinyanın Münxen səfərindən sonra Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin yeni dalğası baş qaldıracaq.

"Paşinyanın Münxendə erməni icması ilə görüşündə bu məsələyə qayıtmasının səbəbi də bu idi"

"Teldən asılı olan Ermənistan-Rusiya münasibətlərini kökündən pozmağa, Rusiyanı Ermənistandan birdəfəlik sıxışdırmağa cəhd ediləcək", - deyə erməni nəşri proqnozla çıxış edib.

"Hraparak" onu da yazır ki, rəsmi mənbələr Qərbin belə bir tələb irəli sürdüyünü, bunun müqabilində Azərbaycanın hərbi ambisiyasını cilovlamağa söz verdiyini deyirlər. "Paşinyanın Münxendə erməni icması ilə görüşündə bu məsələyə qayıtmasının səbəbi də bu idi", - erməni nəşri yazıb.

Beləliklə, Ermənistanın havadarlarının Cənubi Qafqazda vəziyyətin məhz Ermənistanın vasitəsilə gərginləşdirmək cəhdi fakta çevrilib. Və bu məsələdə regionun əsas aktorlarının- Azərbaycanın, Türkiyənin, Rusiyanın vahid mövqedən çıxış etmələri də zərurətə çevrilir. Hər halda, Qərbin planlarının realizə olunmaması üçün yekdil cəbhədən sirayət etmək gücü məhz bu ölkələrin üzərindədir.

Afət Tahirqızı

Digər xəbərlər