YAP Yasamal rayon “H.Cavid pr.253” ünvanında yerləşən (Akademik Zərifə Əliyeva adına lisey) ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirilib. İclasda YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi üzrə partiyanın üzvləri iştirak edib. İclas iştirakçılarını salamlayaraq çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ilk öncə 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərində xalqımızın etimadını növbəti dəfə qazanan cənab İlham Əliyevin 92,12% səs toplamaqla möhtəşəm qələbəsi münasibətilə və YAP Yasamal rayon təşkilatının yaranmasının 31 illiyi ilə əlaqədar olaraq iclas iştirakçılarını təbrik edib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Partiyamızın sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə olunan Zəfərlər və qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpası iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkanlar, perspektivlər açır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Öz hərbi və siyasi gücünü nümayiş etdirərək tarixi Qələbə qazanan Azərbaycan şərəfli tarixinin ən yadda qalan, şanlı və qürurlu dövrlərindən birini yaşayır. Ölkəmizin ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyası hər zaman aparıcı mövqedə olub. YAP Yasamal rayon təşkilatı da hər zaman rayonun və partiyanın ictimai-siyasi həyatında əvəzolunmaz rol oynayıb. Çıxışının sonunda B.Nəbiyev iclas iştirakçılarını Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında aktiv olmağa çağırıb. Sonra “H.Cavid pr.253” ünvanında yerləşən (Akademik Zərifə Əliyeva adına lisey) ərazi partiya təşkilatında təşkilati məsələlərə baxılıb və yekdilliklə ərazi partiya təşkilatının sədri vəzifəsinə Akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva və sədr müavini vəzifəsinə isə direktor müavini Çingiz Cabbarov seçilib.Fərqanə İsayeva və Çingiz Cabbarov da öz növbəsində ərazi partiya təşkilatının üzvləri tərəfindən göstərilən etimada görə minnətdarlıqlarını bildirərək həmin etimada layiq olacaqlarını ifadə ediblər.