Siyasət

  • 1 232

Qərb Bakıya qarşı demarşa cürət etmədi - ANALİTİK+AKTUAL

image

Və ya İrəvanın qərbli havadarlarından olan gözləntisi özünü doğrultmadı

Ermənistanın Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyası bu dəfə də fiaskoyla başa çatdı. Daha dəqiq desək, İrəvanın Bakıya tərəf oynadığı oyunları nəticəsiz qalıb. Belə ki, artıq Qərb siyasi dairələri də müxtəlif manevrlərin uğursuz olacağını anlamaqdadır. Bu reallıq isə özünü Münxen Təhlükəsizlik Konfransında daha çox göstərməyə başlatdı.

Ermənistanın təxribatı Münxen Konfransına hesablanmışdı, amma...

Ermənistanın baş naziri Nikol Paşinyan isə konfransdan əvvəl var gücü ilə çalışırdı ki, Azərbaycanın nümayəndə heyəti Qərb siyasiləri tərəfdən boykot edilsin, qəbullar, görüşlər baş tutmasın və s. Lakin bir sıra dövlət rəsmilərinin məhz onların öz xahiş və təşəbbüsləri ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək istəkləri Ermənistanı pəjmürdə etdi, mat vəziyyətində qoydu. Halbuki Ermənistanın bir müddət əvvəl Azərbaycanla şərti sərhəddə, Zəngilan istiqamətində həyata keçirdiyi təxribatlar da məhz bunun üçün törədilmişdi. Ancaq göründüyü kimi, istər təxribatın, istətsə də Münxenlə bağlı planlarının nəticəsi Ermənistan üçün gözlənilməz zərbə oldu. Ümumiyyətlə, Prezident İlham Əliyevin siyasi-diplomatik gedişləri, həmçinin faktiki liderlik keyfiyyətləri, əslində, beynəlxalq siyasi arenada gülüş obyektinə çevrilmiş Paşinyanı, sözün əsl mənasında, dalana söykədi.

Qərb siyasiləri İlham Əliyevlə görüşmək üçün növbəyə düzülmüşdülər

Bəli, məhz Münxendə siyasi liderlər və rəsmilər Azərbaycan Prezidenti ilə görüşmək üçün növbəyə düzülmüşdülər və bu fakt Qərbdə Azərbaycana marağın nə qədər böyük olduğunu bir daha göstərmiş oldu. Qərb anladı ki, Ermənistana görə öz maraqlarını qurban vermək nəticəsizlikdir, eləcə də Azərbaycanla əməkdaşlıq onun üçün daha vacibdir. Yeri gəlmişkən, Almaniyanın kansleri Şoltsun təşəbbüsü ilə keçirilən görüşdə Makronun ortalıqda görünməməsi də sözügedən reallığı əks etdirir. Bu, həm də o deməkdir ki, Fransa da nə qədər uzağa getdiyinin fərqinə varıb. Parisin də anti-Azərbaycan demarşından kənara çıxacağı isə necə deyərlər, zaman məsələsidir.

Ermənistanın Fransa başda olmaqla Qərbdən gözləntisi özünü doğrultmadı

Makron hökuməti dərk edir ki, Cənubi Qafqazda olan siyasi rıçaqlar onların əlində deyil və regionun taleyi heç vaxt Ermənistanın istəkləri ilə həll oluna bilməz!

Onu da xatırladaq ki, Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə liderlər arasında keçirilən görüş də şifahi razılaşmalarla bitib və bu görüşün nəticəsi də Bakının şərtlərinə əsaslanır.

Beləliklə, Ermənistanın Fransa başda olmaqla Qərbdən gözləntisi özünü doğrultmadı. Şolts İlham Əliyevi Münxenə dəvət edəndə artıq nəyin-necə olacağı, Bakının üstünlüyü özünü təsdiqləmişdi. Artıq İrəvan da anlayır ki, beynəlxalq təzyiqlərlə Azərbaycanı yolundan döndərmək əsla və heç vaxt mümkün olmayacaq. Əslində, Konfransda təzyiq də olmadı, baş verənlər isə, sadəcə, Ermənistanın yaratdığı siyasi hallüsinasiya və yaxud illüziya idi. Qərb Bakıya qarşı demarşa cürət etmədi.

Afət Tahirqızı

Digər xəbərlər