Siyasət

  • 1 201

Ölkədə siyasi dialoq mühitin, eləcə də demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübə - ŞƏRH

image

Hər birimizə məlumdur ki, ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər seçkisindəki Qələbədən sonra ölkənin ictimai-siyasi, sosial-mədəni həyatı üçün yeni hədəflər müəyyənləşdirilib. Bildiyiniz kimi, cənab İlham Əliyev prezident seçkilərində 92,12 faiz səslə yenidən Prezident seçildi. Zəfərimizin, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin müəllifi olan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən xalq, qalib Liderinə səs verməklə bir daha təsdiqlədi ki, Xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimi dövlət başçımızın müstəqil, güclü Azərbaycan uğrunda 20 illik yorulmaz mübarizəsinin ən yüksək təntənəsi oldu. Öz çıxışında ölkə Başçısı Azərbaycanın daxili və xarici siyasətinin hazırkı durumu və gələcək istiqamətləri, perspektivləri ilə bağlı qarşıya qoyduğu məsələlər dövlətçiliyimizin inkişafında yeni mərhələnin başlanması kimi dəyərləndirilməlidir.

2003-cü ildən bu yana Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında böyük uğurlar əldə etmiş, zəfərlər, qələbələr qazanmışdır. Geridə qoyduğumuz bu illəri əsrlərə bərabər bir dövr kimi xarakterizə etmək olar. Əlbəttə? Bütün bu uğurlarımızın kökündə xalq-iqtidar birliyi və cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət dayanır. Eyni zamanda, ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi, vətəndaşın öz Liderinə olan yüksək sevigisi və inamı mövcuddur ki, bu da qələbələrimizi şərtləndirən əsas amillərindəndir.

Prezident İlham Əliyevin dövlətimizin daxili və xarici siyasətindəki hədəfləri aydın göstərən çıxışının ana leytmotivini gözlənildiyi kimi 44 günlükVətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin ölkənin bütün ərazisində təmin edilməsi, ordu quruculuğu, dayanıqlı sülhün və təhlükəsizliyin formalaşdırılması üçün yeganə qarant onun silahlı qüvvələrimizin olması təşkil etdi.

Prezidentin andiçmə mərasimindəki çıxışı xarici siyasətimizin əsas prioritet istiqamətinin elan edilməsi baxımından da olduqca mühüm hadisə idi. Belə ki, çıxışdan məlum oldu ki, bundan sonra xarici siyasətdə əsas proritetimiz məhz türk ölkələri arasında inteqrasiyanın sürətləndirilməsi, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi üçün birgə səylərin genişləndirilməsi olacaq.

Prezident İlham Əliyev bildirdi ki, bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır. Bu ilin yanvar ayının nəticələri ümidvericidir. Ümumidaxili məhsul 5 faiz, qeyri-neft sektoru isə 12 faizdən çox artıb. 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Bütün bunlar bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq.

Kiçik dövlət kimi dəyərləndirilən ailələrin, gənclərin sağlam ruhda tərbiyəsində rolu inkaredilməzdir. Hər bir valideyn uşaqlarının Vətənə layiq övlad kimi yetişdirilməsindən qürur hissi keçirir. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, bu gün gənclərimiz hərbi xidmətə böyük ruh yüksəkliyi ilə gedirlər. Bu, bir tərəfdən dövlətin orduya diqqət və qayğısının, digər tərəfdən isə gənclərin torpaq, Vətən sevgisinin göstəricisidir. Qanları, canları ilə tarix yazan şəhidlərimizin və onminlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayır, qurub-yaradırıq.

Əslində, 7 fevral seçkilərində Azərbaycan xalqı qələbə qazandı. Çünki Zəfər seçkilərində xalqına verdiyi bütün vədlərinə sadiq qalaraq qeyd etdiyi kimi hər bir azərbaycanlının prezidenti olan xalqın lideri İlham Əliyev qalib gəldi. Prezident İlham Əliyev hər birimiz üçün elə Azərbaycan qədər əzizdir. Hazırda hamımız bu tarixi anları yaşayarıq, Azərbaycan vətəndaşı, arzuların gerçəkləşdiyi qalib ölkə olmağımızdan fəxarət hissi keçiririk. Sözsüz, bu şanlı tarix gələcək nəsillər üçün həmişə qürur mənbəyi olacaq, böyük zirvələr fəth etmələrinə işıq tutacaq.

ARZU ƏLİYEVA

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər