PDF Oxu

Siyasət

  • 2 358

“İqlim problemləri nüvə silahı qədər dünya üçün təhlükəlidir” - POLİTOLOQ FİKRİ

“İqlim problemləri nüvə silahı qədər dünya üçün təhlükəlidir” - POLİTOLOQ FİKRİ

“COP29-un ölkəmizdə keçirilməsi böyük əhəmiyyət daşıyır. Çünki bu tədbirdə dünyanın əksər ölkələrinin rəhbər nümayəndələri iştirak edəcəklər, tədbir çərçivəsində təxminən 70-80 min nəfərin ölkəmizə gəlməsi gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. Politoloq bildirib ki, COP29 iqlim təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dünya üzrə təşkil edilən böyük bir konfransdır: “Dünən ABŞ prezidenti Co Bayden bildirdi ki, nüvə silahından daha təhlükəlisi, məhz iqlim problemləridir. Buna görə də ilk növbədə iqlim təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi addımlar atılmalı, dünya birgə fəaliyyətə keçməlidir.İqlim təhlükəsizliyi üçün bütün dünya səy göstərməli və beynəlxalq nəzarət olmalıdır. Çünki iqlim problemləri nüvə silahı qədər dünya üçün təhlükəlidir. COP29-da dünya liderlərinin qəbul edəcəyi qərarlar gələcək nəslin daha təmiz atmosferə sahib dünyada yaşamasına səbəb olacaq”.

Digər xəbərlər