“Ermənistan İnqilabının Keşikçiləri” ictimai təşkilatının rəhbəri Hayk Stepanyan “EADaily” ilə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin ölkə üçün yeni Konstitusiya hazırlaması ilə bağlı bəyanatını şərh edərkən “Ölkə Konstitusiyasının birbaşa və ya dolayısı ilə xarici təzyiq altında dəyişdirilməsi ölkənin suverenliyinə xələl gətirəcək” deyib.
“Fakt budur ki, hazırkı Konstitusiya Ermənistanın 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə əsaslanır və bu Bəyannamənin əsas müddəalarını ehtiva edir. İndi Ermənistan hökuməti Azərbaycanın təzyiqi ilə, ilk növbədə, bu fundamental maddələri dəyişmək qərarına gəlib”,- Stepanyan deyir.
Onun sözlərinə görə, Konstitusiyanın tam dəyişdirilməsini həyata keçirmək üçün “hökumət 3-cü müstəqil respublikanın ləğvini və 4-cü respublikanın yaradılmasını elan etmək niyyətindədir”.
“Beləliklə, Konstitusiyanın tam dəyişdirilməsi üzrə referendum Ermənistanın Müstəqillik Bəyannaməsini etibarsız edəcək, çünki yeni əsas sənəddə bu Bəyannamənin müddəaları olmayacaq. Ölkənin suverenlik təməli olmayacaq. Bəyannamə və Konstitusiya bir-birinə zidd olacaq və bir-birini istisna edəcək, Bəyannamənin özü isə mənasını itirəcək. Konstitusiya ayrı-ayrı hökumətin şıltaqlığına söykənə bilməz və ani problemlərin həlli üçün alət ola bilməz, bu bir yana, yeni Konstitusiyanın Türkiyə və Azərbaycanın böyük təzyiqi ilə yazılmadığını söyləmək olmaz” - İnqilab Keşikçiləri Korpusunun rəhbəri Ermənistan narahatdır.
Lakin o, qeyd etməyi unudub ki, məhz bu İstiqlal Bəyannaməsində “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” haqqında müddəa var və Bakı bunun qəbuledilməzliyini qeyd edir, çünki öz Konstitusiyasında sizə qarşı ərazi iddialarını bəyan etməkdə davam edən dövlətlə sülh müqaviləsi imzalamaq qəribə olardı.
Açığı, bununla bağlı Konstitusiyaya lazımi dəyişikliklərin edilməsi üçün Baş nazir müvafiq referendumun keçirilməsinə təşəbbüs göstərməlidir. Amma fakt budur ki, Paşinyan bəzən bu mövzudan danışsa da, nədənsə bu addımı atmağa cəsarət etmir. Görəsən niyə? Belə çıxırmı ki məsələ uzun müddət uzanacaq? Ermənistanın hazırkı rəhbərliyi bu konstitusiya dəyişikliyinə nail olmaq üçün hər cür səy göstərməli deyilmi? Əcnəbi ekspertlərin caliber.az-a verdikləri şərhləri oxucularımzıa təqdim edirik.
Ukrayna Siyasət Fondunun rəhbəri, analitik və tarixçi Konstantin Bondarenko qeyd edir ki, konstitusiya prosesi istənilən ölkədə ən mürəkkəb proseslərdən biridir.
“Ancaq bəzi dövlətlər xarici təzyiq altında qəbul edilmiş konstitusiyalar altında yaşayır, məsələn, Almaniya, Avstriya, Yaponiya. Almanlar 1949-cu il konstitusiyasının bəzi maddələrinin Almaniya üçün nə qədər əlverişsiz olmasından uzun müddət danışa bilər, amma eyni zamanda 75 ildir ki, onu ciddi şəkildə həyata keçirirlər. Ona görə də referendum keçirilir, cavab almaq üçün: xalq müharibənin davam etməsini istəyir, yoxsa xalq məğlubiyyət nəticəsində yaranmış vəziyyətlə barışır?”,- tarixçi xatırlayır.
Onun sözlərinə görə, Ermənistanın yeni konstitusiyasını qəbul etmədən Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkün deyil.
“Amma Konstitusiyanın qəbulu revanşist şüarlarla çıxış edən bir sıra siyasətçiləri deaktiv edir. İstənilən halda son sözü Ermənistan xalqı deməlidir. Nikol Paşinyan referendumun təşkili prosesini nə qədər gecikdirsə, ölkə daxilində vəziyyət bir o qədər qeyri-müəyyənləşir (bu həm öz taleyinə, həm də hakimiyyətinə aiddir)”,- Bondarenko hesab edir.
Qırğızıstanlı siyasi ekspert, tarix elmləri doktoru, professor Əsgər Cakişevin qeyd etdiyi kimi, ona elə gəlir ki, Ermənistanın baş naziri Paşinyanın maneəni aradan qaldırmaq üçün respublika Konstitusiyasından Qarabağla bağlı müddəanın çıxarılmasının zəruriliyi barədə bəyanatı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində düzgün hərəkətdir- baxmayaraq ki, Ermənistan xalqının ictimai şüurunda bu, kapitulyasiya siyasəti və hətta dövlətin maraqlarına xəyanət kimi qəbul edilə bilər.
“Məncə, biz baş nazirlikdən istefa verməyən, bu böhranı həll etməyi başqalarına buraxmayan, lakin sülh müqaviləsi imzalamaq məsuliyyətini üzərinə götürən Paşinyanın siyasi iradəsinə hörmətlə yanaşmalıyıq. Təbii ki, Paşinyanın elan etdiyi yol xəritəsinin həyata keçirilməsi üçün ictimai və siyasi elitadan dəstək, onların son 3 onillikdə formalaşmış fikirləri yenidən formatlamağa hazır olması lazımdır. Buna baxmayaraq, Ermənistanın hazırkı sosial-iqtisadi vəziyyəti təcili olaraq otuz illik iqtisadi blokadadan çıxış yolunu tələb etdiyi üçün sülh müqaviləsinin imzalanması istiqamətində hərəkət davam edəcək. Ter-Petrosyanın jurnalistlərlə görüşündə Ermənistanın coğrafi dalana dirənməsindən şikayət edərkən dediyi sözləri burada sitat gətirmək yerinə düşər. Otuz illik iqtisadi durğunluğa səbəb olan Qarabağ münaqişəsi ilə bağlı bu çıxılmaz vəziyyət xüsusilə Ermənistanda hiss olunurdu”, - professor bildirib.
Ona elə gəlir ki, Ermənistanın ictimai şüurunda beynəlxalq siyasətdə daha böyük praqmatizm lehinə tendensiya formalaşır- ən yaxın qonşu ilə münasibətlərdə "nə sülh, nə müharibə" adlanan şizofreniya vəziyyətindən yığılmış yorğunluq səbəbindən.
Tərcümə - Elçin Bayramlı